
"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq
Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertləri tərəfindən vəsatətin məhkəməyə daxil olduğu elan edilib.
Bildirilib ki, həmin ekspertizanın keçirilməsi üçün əlavə görüntülər də təqdim edilməlidir.
Qısa müşavirədən sonra vəsatət təmin olunaraq, ekspertizaya əlavə tədqiqat obyektləri (videogörüntülər) göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.
Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAzərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.
KriminalTiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədi
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
KriminalTələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Kriminalİsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular
İsmayıllı rayonunda quldurluq hadisəsi baş verib.