Son dəqiqə
Tələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildiBakıda binada PARTLAYIŞ: Kondisioner ustası ÖLDÜ, xəsarət alanlar var"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıbİranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİBakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Tələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Tələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Kriminal

Tələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi

Bu gün
16:24
0 baxış
Paylaş:

Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisə günü veb-kameralar vasitəsilə qeydə alınan videogörüntülər nümayiş etdirilib.

Dövlət ittihamçısı vəsatət verərək, təqsirləndirilən şəxs barədə təkrar kompleks psixoloji ekspertizanın keçirilməsini məhkəmədən istəyib.

Dövlət ittihamçısı bu vəsatəti F.Əliyevin hadisəni törədərkən anlaqlı olub-olmamasının müəyyən olunması ilə bağlı əsaslandırıb.

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunduğunu elan edib.

Məhkəmənin növbəti iclası mayın 12-nə təyin edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin avqustunda Bakıda Xəzər Universitetində baş verib.

Hadisəyə Fərid Əliyevin anası və tələbə yoldaşının mesajlaşdığı ilə bağlı iddialar səbəb olub. O, buna görə tələbə yoldaşı ilə mübahisə zamanı ona bıçaq zərbələri endirib.

İstintaq zamanı təqsirləndirilənin şübhələrinin təsdiqini tapmadığı bəlli olub.

Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#fərid_əliyev#xəzər_universiteti#bıçaqlanma_hadisəsi#bakı_ağır_cinayətlər_məhkəməsi#tələbələrin_davası#psixoloji_ekspertiza#adam_öldürməyə_cəhd#cinayət_işi#tələbə_cinayəti

Oxşar Xəbərlər

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldularKriminal

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular

İsmayıllı rayonunda quldurluq hadisəsi baş verib.

Bu gün
15:220
Namizəd Səfərovla bağlı YENİ QƏRARKriminal

Namizəd Səfərovla bağlı YENİ QƏRAR

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu gün
14:480
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olunduKriminal

"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olundu

Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova barəsində zərərçəkən tərəfin verdiyi kassasiya şikayəti təmin olunmayıb.

Bu gün
13:440
Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu AZADLIĞA BURAXILDIKriminal

Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu AZADLIĞA BURAXILDI

Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.

Bu gün
13:040