
İnsanlar niyə "yox" deyə bilmirlər?
Rusiyalı psixoloq Artyom Stupak əksər insanların "yox" deməkdə niyə çətinlik çəkdiyini və günahkarlıq duyğusunun onları başqaları üçün necə "rahat insana" çevirdiyini izah edib. Ekspertin fikrincə, bu vəziyyət daimi daxili narahatlığın və emosional tükənmənin başlıca səbəblərindən biridir.
Rusiyalı psixoloq Artyom Stupak əksər insanların "yox" deməkdə niyə çətinlik çəkdiyini və günahkarlıq duyğusunun onları başqaları üçün necə "rahat insana" çevirdiyini izah edib. Ekspertin fikrincə, bu vəziyyət daimi daxili narahatlığın və emosional tükənmənin başlıca səbəblərindən biridir.
Gundem.today xəbər verir ki, bu barədə "aif.ru" saytı məlumat yayıb.
"Empatiya qurmaq qarşı tərəfin həyatını yaşamaq, onun hiss etdiklərini öz üzərinə götürmək və bütün çətinliklərini həll etməyə çalışmaq deyil. Sizi istismar edənlərin ən güclü silahı məhz sizdə yaratdıqları günahkarlıq hissidir", - deyə mütəxəssis bildirib.
Ekspertin sözlərinə görə, manipulyasiyalar adətən "axı sən söz vermişdin", "mənim səndən başqa kömək istəyəcək kimsəm yoxdur" və ya "sən etməsən, bəs kim edəcək?" kimi təzyiq xarakterli ifadələrə əsaslanır. A.Stupak vurğulayıb ki, rədd etmək qorxusu real təhlükədən deyil, mühakimə olunmaq və münasibətləri itirmək qorxusundan qaynaqlanır. Məhz bu səbəbdən fərdlər "pis" adam olmamaq üçün öz ehtiyaclarını arxa plana atır və zamanla şəxsi sərhədlərini itirirlər.
Psixoloq bu vəziyyətdən xilas olmaq üçün müraciətlərə dərhal cavab verməməyi, uzun-uzadı bəhanələr gətirmədən qətiyyətlə "yox" deməyi öyrənməyi və kiminsə bundan narazı qala biləcəyi ehtimalını normal qəbul etməyi tövsiyə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində zavodda baş verən partlayışda ölənlərin sayı ARTDI
Çinin Hunan əyalətində fişəng istehsalı zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
DünyaTramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma təklifinin Tehranın nüvə silahından imtina etməsini və Birləşmiş Ştatlara "nüvə tozunu" təhvil verməsini nəzərdə tutduğunu iddia edib.
DünyaSüni intellekt ətrafında qorxular getdikcə artır - Detallar AÇIQLANDI
Süni intellekt (Sİ) texnologiyalarından istifadə edilməklə törədilən kiberhücumlar dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.
DünyaSağlamlığın gizli düşməni: Hansı qidalar orqanizmdə iltihab yaradır?
Bir çox insanın gündəlik rasionuna daxil olan bəzi məhsullar orqanizmdə iltihab proseslərini gücləndirə və sağlamlığa ciddi zərər vura bilər.