
Marneulidə azərbaycanlı merin qardaşına ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa xəsarət yetirmə faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılova qarşı ittiham irəli sürüb.
Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa xəsarət yetirmə faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılova qarşı ittiham irəli sürüb.
Gundem.today bu barədə Gürcüstan Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir.
*Marneulinin azərbaycanlı merinin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ
"Daxili İşlər Nazirliyində davam edən istintaq çərçivəsində müəyyən edilib ki, 6 aprel 2026-cı il tarixində Marneuli bələdiyyəsində təsərrüfat fəaliyyəti ilə bağlı münaqişə zəminində ittiham olunan şəxs öz əlaltıları ilə birlikdə zərərçəkmişə dəyənəklərlə bədən xəsarətləri yetirib.
Elə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları ittiham olunan şəxsi həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb ki, bu da üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə ittiham olunan şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının çıxarılması üçün məhkəməyə vəsatət verəcək.
Daxili İşlər Nazirliyində cinayətdə iştirakı olan digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə istintaq davam etdirilir", - deyə prokurorluğun məlumatında bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda QƏRİBƏ OLAY: Məhkəmədən həbs olunmasını istədi
Barəsində inzibati xəta protokolu tərtib edilmiş içki aludəçiliyi olan şəxs məhkəmədən bağışlanmasını deyil, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.
HadisəYevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib.
HadisəXəzərdə 5.3 bal gücündə zəlzələ oldu - FOTO
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
HadisəTaleh Bağırzadənin oğlu 17 yaşlı qızın burnunu sındırıb
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.