
"İnter"in sabiq çempionu vəfat etdi - FOTO
"İnter"in heyətində ölkə çempionu adını qazanmış məşhur futbolçu Evaristo Bekkalossi 70 yaşında vəfat edib.
"İnter"in heyətində ölkə çempionu adını qazanmış məşhur futbolçu Evaristo Bekkalossi 70 yaşında vəfat edib.
Gundem.today ANSA agentliyinə istinadən xəbər verir ki, keçmiş futbolçu müalicə aldığı Breşiyadakı klinikada dünyasını dəyişib.
2025-ci ilin yanvarında keçirdiyi xəstəlikdən və uzun müddət komada qaldıqdan sonra Bekkalossinin səhhəti il ərzində kritik olaraq qalıb.
Xatırladaq ki, Bekkalossi 1980-ci ildə "İnter"in tərkibində İtaliya çempionluğunu qazanıb. O, Milan təmsilçisi ilə 1982-ci ildə ölkə kubokunun da sahibi olub.
Üç il sonra yarımmüdafiəçi bu dəfə "Sampdoriya"nın heyətində İtaliya Kubokunu yenidən başı üzərinə qaldırmağı bacarıb. Futbolçu karyerası ərzində İtaliyanın "Breşiya" və "Montsa" klublarının da formalarını geyinib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanKeti Perri Bakıya gəlir - FOTO - VİDEO
Dünyaşöhrətli Keti Perri bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində səhnə alacaq.
İdmanDaha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək
Azərbaycanın qarışıq döyüş növləri ustası Fərman Həsənov dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə müqavilə imzalayıb.
İdman"Bavariya" - PSJ oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulur.
İdmanDünya çempionatına 36 gün qaldı: TÜRKİYƏ - "Ay-ulduzlular" - VİDEO
Türkiyə millisi ("Ay-ulduzlular") dünya futbolunun ən emosional komandalarından biridir. 2002-ci ildən bəri davam edən uzun fasiləyə son qoyan Türkiyə pley-off mərhələsində Rumıniya və Kosovonu məğlub edərək DÇ-2026-ya vəsiqə qazanıb.