
İran-ABŞ dialoqunda kritik mərhələ: Tehrandan Vaşinqtona SƏRT MESAJ
Rəsmi Tehran Birləşmiş Ştatlarla nəticəsiz dialoqlara zaman sərf etmək istəmir və Vaşinqtondan öz mövqeyinə aydınlıq gətirməsini tələb edir.
Rəsmi Tehran Birləşmiş Ştatlarla nəticəsiz dialoqlara zaman sərf etmək istəmir və Vaşinqtondan öz mövqeyinə aydınlıq gətirməsini tələb edir.
Gundem.today məlumat verir ki, bu fikirləri İran Parlamentinin (Məclisin) Milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi "Əl-Cəzirə" telekanalına müsahibəsində səsləndirib.
"Danışıqlar prosesinə qatılmaqla əlaqədar hər hansı bir problemimiz yoxdur. Ancaq biz vaxt itkisinə səbəb olacaq görüşlərlə razılaşmırıq. Aparılan müzakirələr İran üçün dəqiq və müəyyən yekunlara malik olmalıdır. Lakin ABŞ-nin bu prosesdəki mövqeyi hələ də tam olaraq formalaşmayıb", - deyə o vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.