
İran ABŞ-nin şərtlərini qəbul etdi? - Donald Tramp detalları açıqladı
"ABŞ və İran arasında aparılan danışıqlar çox yaxşı keçib".
"ABŞ və İran arasında aparılan danışıqlar çox yaxşı keçib".
Gundem.today xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.
"Bizim razılaşma əldə etməyimiz tamamilə mümkündür. Biz razılaşma əldə etməyi çox istəyən insanlarla işləyirik və onların bizi qane edəcək bir müqavilə bağlaya bilib-bilməyəcəyini zamanla görəcəyik", - deyə o, əlavə edib.
Bundan başqa, Donald Tramp onu da bildirib ki, aparılan danışıqlar prosesində İran tərəfi nüvə silahına sahib olmaq cəhdlərindən imtina etməklə bağlı razılığa gəlib.
"İranın nüvə silahı ola bilməz və gələcəkdə də olmayacaq. Onlar digər məsələlərlə yanaşı, bu şərtlə də razılaşıblar. Roma Papasını razı salıb-salmamağımdan asılı olmayaraq, deyirəm ki, İranın nüvə silahı olmamalıdır", - Tramp bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"OpenAI" "ChatGPT" üçün yeni pulsuz modeli təqdim edib
ABŞ-nin "OpenAI" şirkəti yeni əsas çatbot modeli olan "GPT-5.5 Instant"ı təqdim edib.
DünyaQəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
Qəzza zolağında HƏMAS hərəkatının rəhbərlərindən biri Xəlil əl-Həyyənin oğlu Azzam əl-Həyyə həlak olub.
DünyaFTB direktorunun "içki qalmaqalı": Qurum araşdırmalara başlayıb?
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) rəhbəri Keş Patel barədə məlumat sızması ilə bağlı araşdırmaya başlayıb.
DünyaAvropa İttifaqı yenidən formalaşdılır? - Almaniya islahat üçün altı bəndlik plan təqdim etdi
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqının (Aİ) təkrar formalaşdırılması üçün altı bənddən ibarət plan təqdim edib. O, qurumun xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində daha fəaliyyətqabiliyyətli olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb.