
"OpenAI" "ChatGPT" üçün yeni pulsuz modeli təqdim edib
ABŞ-nin "OpenAI" şirkəti yeni əsas çatbot modeli olan "GPT-5.5 Instant"ı təqdim edib.
ABŞ-nin "OpenAI" şirkəti yeni əsas çatbot modeli olan "GPT-5.5 Instant"ı təqdim edib.
Gundem.today xəbər verir ki, bu barədə məlumat "OpenAI"nin rəsmi saytında yayımlanan press-relizdə yer alıb.
Məlumata görə, "GPT-5.5 Instant" artıq "ChatGPT"nin pulsuz istifadəçiləri üçün standart modelə çevriləcək və cari ilin mart ayında təqdim edilmiş "GPT-5.3 Instant" versiyasını əvəz edəcək. Əvvəlki versiya ödənişli abunəçilər üçün daha üç ay seçim variantı kimi aktiv qalacaq.
Şirkət qeyd edir ki, yeni model daha ağıllı, anlaşılan və fərdiləşdirilmiş cavablar təqdim edir. Daxili sınaqların nəticələrinə əsasən, tibb, hüquq və maliyyə sahələri üzrə yanlış məlumatların sayı 52.5%, ümumi qeyri-dəqiqliklər isə 37.3% azalıb.
Texniki göstəricilərdə də ciddi artım müşahidə olunur. Belə ki, model "AIME 2025" riyaziyyat testində 81.2 bal toplayıb (əvvəlki modeldə bu göstərici 65.4 idi). "MMMU-Pro" çoxmodallı düşünmə testində isə nəticə yüksələrək 69.2 baldan 76 bala çatıb.
"OpenAI", həmçinin bildirib ki, yenilənmədən sonra "ChatGPT" bütün modellər üzrə istinad mənbələrini göstərəcək. Bu da istifadəçilərə cavabların hansı məlumatlara əsaslandığını daha aydın şəkildə anlamağa imkan verəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Elə bir vəziyyətə düşmüşdüm ki, hər an infarkt keçirə bilərdim" - Ukrayna cəbhəsində jurnalisti sarsıdan hadisə
- Deyəsən gəlməsiniz? İlk dəfə görürəm.
DünyaMoskvada həkimlər burnuna açıq sancaq ilişən uşağı xilas ediblər
Rusiyanın paytaxtı Moskvada həkimlər iki yaşlı uşağın burnunda ilişib qalan açıq sancağı uğurla çıxarıblar.
DünyaCənubi Koreyada humanoid robot buddizmi qəbul edib - VİDEO
Seulda yerləşən "Çogesa" buddist məbədində humanoid (insanabənzər) robotun dini andiçmə mərasimi keçirilib.
DünyaQəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
Qəzza zolağında HƏMAS hərəkatının rəhbərlərindən biri Xəlil əl-Həyyənin oğlu Azzam əl-Həyyə həlak olub.