Son dəqiqə
15 ölkə, doqquz min foto: İlin qalibi 20 yaşlı gənc oldu - FOTODiyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?KİV: Maykl Ceksona qarşı yeni iddiada şok ittihamlar irəli sürülübDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaqResepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildiTeylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İran NPT-dən çıxır? - VİDEO
İran NPT-dən çıxır? - VİDEO
Dünya

İran NPT-dən çıxır? - VİDEO

31 mart 2026
14:06
2 baxış
Paylaş:

"İranla ABŞ-İsrail koalisiyası arasında müharibə uzandıqca, ağır zərbələrə və ciddi itkilərə məruz qalan Tehran bilavasitə hərbi müqavimət göstərməklə yanaşı, özünü qorumaq üçün əlavə təsir və təzyiq rıçaqlarını da işə salmağa çalışır. Bunlardan birincisi Hörmüz boğazının bağlanması olub ki, hələlik özünün qlobal iqtisadi təsirləri baxımından İran hakimiyyətinin hədəflərinə uyğun nəticələr verməkdədir. Lakin ABŞ və İsrail qüvvələrinin İran ərazisinə hücumlarının daha şiddətli xarakter aldığı son

"İranla ABŞ-İsrail koalisiyası arasında müharibə uzandıqca, ağır zərbələrə və ciddi itkilərə məruz qalan Tehran bilavasitə hərbi müqavimət göstərməklə yanaşı, özünü qorumaq üçün əlavə təsir və təzyiq rıçaqlarını da işə salmağa çalışır. Bunlardan birincisi Hörmüz boğazının bağlanması olub ki, hələlik özünün qlobal iqtisadi təsirləri baxımından İran hakimiyyətinin hədəflərinə uyğun nəticələr verməkdədir. Lakin ABŞ və İsrail qüvvələrinin İran ərazisinə hücumlarının daha şiddətli xarakter aldığı son günlərdə rəsmi Tehran qarşı tərəfə və bütövlükdə beynəlxalq birliyə daha bir təzyiq alətini işə salmaq məsələsini gündəmə gətirib".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Söhbət İranın Nüvə Silahının Yayılmaması Müqaviləsindən (ingilis abreviaturu ilə NPT-dən) çıxması barədə müzakirələrdən gedir. Belə ki, iki gün öncə SEPAH-a bağlı "Tasnim" informasiya agentliyi bu məsələnin ciddi şəkildə İran siyasətinin gündəliyinə daxil olduğunu vurğulayaraq yazıb: "İranın bir sıra müvafiq qurumları, o cümlədən parlament ölkənin təcili şəkildə NPT-dən çıxmasını nəzərdən keçirir. Bildirildiyinə görə, İranda tam əminlik hasil olub ki, NPT-də qalmaq üçün heç bir əsas yoxdur".

Dünən isə İran parlamentinin məşhur deputatlarından biri, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasına müsahibəsində bildirib ki, İranın NPT-dən çıxmasının vaxtı çatıb. "İranın NPT-də qalmasının artıq mənası yoxdur. Biz atom bombası yaratmaq niyyətində deyilik. Amma ola bilməz ki, həm oyun qaydalarına riayət edək, həm də bombardmana məruz qalaq", - deyə o əlavə edib", - materialda vurğulanıb.

Daha ətraflı videosüjetdə:

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?Dünya

Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?

Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.

Bu gün
07:180
Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaqDünya

Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq

Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.

Bu gün
06:460
Resepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildiDünya

Resepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi

Böyük Britaniyada XVII əsrin əvvəllərindən fəaliyyət göstərən və təxminən 400 il ərzində məşhur "Banberi" keksini hazırlayan ailə şirkəti fəaliyyətini dayandırıb.

Bu gün
06:160
Teylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imişDünya

Teylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş

21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib.

Bu gün
06:000