
Teylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş
21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib.
21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib.
Gundem.today xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Vyana yaxınlığındakı Viner-Noyştadt şəhərində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs, eyni zamanda, terror təşkilatı ilə əlaqədə olmaq ittihamını da qəbul edib. Bununla belə, o, digər ittihamları, o cümlədən Məkkə şəhərinə hücum planlaşdırmaq iddiasını rədd edib.
Avstriya prokurorluğu şübhəlinin evində demək olar ki, tam hazır vəziyyətdə olan partlayıcı qurğu aşkarladıqlarını bildirib.
Avstriya hökumətinə mümkün hücumla bağlı məlumat ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) daxil olub. Beran 2024-cü ildə Vyanada keçirilməsi planlaşdırılan ilk konsertdən az əvvəl saxlanılıb.
"Ernst Happel" stadionunda baş tutması nəzərdə tutulan və biletləri tam satılmış üç konsert təhlükəsizlik səbəbilə ləğv edilib. Ümumilikdə həmin tədbirlərdə 195 mindən çox tamaşaçının iştirakı gözlənilirdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
DünyaResepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi
Böyük Britaniyada XVII əsrin əvvəllərindən fəaliyyət göstərən və təxminən 400 il ərzində məşhur "Banberi" keksini hazırlayan ailə şirkəti fəaliyyətini dayandırıb.
Dünyaİtlərə sümük vermək niyə təhlükəlidir? - Baytar xəbərdarlığı
"Əksər it sahibləri sümüyün dördayaqlı dostları üçün təbii və faydalı qida olduğunu düşünürlər. Lakin reallıqda bu məhsul ev heyvanlarının sağlamlığı üçün ən ciddi təhlükə mənbələrindən biri hesab olunur".
DünyaABŞ-də qadın ölən ərini "diriltdi" - FOTO
Yeni texnologiyalar dəfn mərasimlərinə fərqli bir yanaşma gətirib: artıq insanlar öz dəfn mərasimlərində virtual klonları vasitəsilə "iştirak" edə bilirlər. Bu yaxınlarda 78 yaşlı ABŞ vətəndaşı Pem Kronrat holoqram texnologiyasından istifadə edərək, vəfat etmiş ərini onun öz dəfn mərasiminə "qaytarıb".