Son dəqiqə
Çində sualtı dəmir yolu tunelinin inşasında unikal nailiyyət əldə olunduAzərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıbPrezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin baş prokurorunu qəbul edib - FOTOKollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEOTramp hərbi cinayət ittihamlarından narahatdır? - Gözlənilməz açıqlamaGeorge Haci Rumıniya millisinin yeni baş məşqçisi oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi
Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi
Cəmiyyət

Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi

Bu gün
11:54
0 baxış
Paylaş:

Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib.

Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib.

Gundem.today "Qaynarinfo"ya istinadən xəbər verir ki, agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib edilib.

Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, vətəndaş X.A.-nın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, agentliyə 2025-ci ildə məktub göndərilərək, həmin şəxsə aid qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunub, lakin sənədlər hələ də təqdim edilməyib.

Məhkəmənin qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2 000 manat məbləğində cərimə olunub. Agentlik tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Hüquqpozma aradan qaldırılmadıqda cərimə ödəniləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Eşqi_Bağırov#Məktəbəqədər_və_Ümumi_Təhsil_üzrə_Dövlət_Agentliyi#Elm_və_Təhsil_Nazirliyi#Dövlət_Əmək_Müfəttişliyi#məhkəmə_qərarı#şərti_cərimə#inzibati_xəta#təhsil_xəbərləri.

Oxşar Xəbərlər

Azərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıbCəmiyyət

Azərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.

Bu gün
14:240
Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEOCəmiyyət

Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO

Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.

Bu gün
14:120
Ümumdünya Sağlamlıq Günü qeyd olunurCəmiyyət

Ümumdünya Sağlamlıq Günü qeyd olunur

Hər il aprelin 7-də dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1948-ci ilin bu günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılıb və 1950-ci ildən etibarən bu gün qlobal səviyyədə qeyd olunmağa başlanıb.

Bu gün
13:520
Dövlət Vergi Xidmətində YENİ TƏYİNATCəmiyyət

Dövlət Vergi Xidmətində YENİ TƏYİNAT

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.

Bu gün
13:400