
İrandan ABŞ-nin 15 maddəlik təklifinə CAVAB: Şərtlər açıqlandı
İran vasitəçilər vasitəsilə ABŞ-nin münaqişənin tənzimlənməsi üzrə 15 maddədən ibarət planına rəsmi cavabını təqdim edib.
İran vasitəçilər vasitəsilə ABŞ-nin münaqişənin tənzimlənməsi üzrə 15 maddədən ibarət planına rəsmi cavabını təqdim edib.
Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, cavab martın 25-də göndərilib və hazırda Tehran Vaşinqtonun reaksiyasını gözləyir.
İran tərəfi Yaxın Şərqdə müqavimət qruplarına qarşı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, münaqişənin yenidən başlanmaması üçün şəraitin yaradılması ilə bağlı şərtlər irəli sürüb. Bundan əlavə, şərtlərə əsasən, İrana ödəniləcək kompensasiyaların dəqiq müəyyənləşdirilməsi və təmin olunması tələb edilir.
"İranın Hörmüz boğazı üzərində suverenliyi Tehranın təbii və qanuni hüququdur və belə də qalacaq, həmçinin qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsinin təminatıdır", - deyə Tehranın cavabında qeyd olunub.
"The New York Times" qəzetinin məlumatına görə, ABŞ-nin planı İranın ballistik raket və nüvə proqramını, dəniz nəqliyyatı məsələlərini əhatə edir.
Təklifdə həmçinin İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı bənd də yer alır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı
Rusiya İstehlakçılara Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) təşəbbüsü ilə "Dürüst işarə" markalanma sistemi Ermənistan istehsalı olan təqribən 1.1 milyon şüşə "Cermuk" mineral suyunun ticarətini dayandırıb.
DünyaBelçika AES reaktorlarının sökülməsini dayandırdı və nüvə enerjisinə qayıdır
Belçikanın Baş naziri Bart De Vever ölkəsinin dayandırılmış atom elektrik stansiyalarının (AES) reaktorlarının sökülməsi üzrə işləri dayandırdığını və nüvə energetikasını tam bərpa etmək niyyətində olduğunu bəyan edib.
DünyaYeniyetmə Fransanı şoka saldı: Milyonlarla şəxsi məlumat oğurlandı
Fransada mühüm dövlət müəssisəsinin elektron sistemlərinə edilən kütləvi kiberhücum və məlumatların mənimsənilməsi işi üzrə 15 yaşlı şəxs şübhəli şəxs qismində cəlb olunub.
DünyaNiderlandda hərbi poliqonlarda irimiqyaslı yanğınlar: Sursat partlayışları təhlükəsi var - VİDEO
Niderlandda artilleriya poliqonunun ərazisində irimiqyaslı yanğın baş verib.