Son dəqiqə
Tarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İrandan SƏRT HƏDƏ: "Körfəzlərdə ticarət əlaqələrinə imkan verilməyəcək"
İrandan SƏRT HƏDƏ: "Körfəzlərdə ticarət əlaqələrinə imkan verilməyəcək"
Dünya

İrandan SƏRT HƏDƏ: "Körfəzlərdə ticarət əlaqələrinə imkan verilməyəcək"

15 aprel 2026
18:06
0 baxış
Paylaş:

"Əgər ABŞ İranın dəniz mühasirəsini davam etdirərsə, Tehran Fars və Oman körfəzləri, eləcə də Qırmızı dəniz vasitəsilə ticarət əlaqələrinin aparılmasına imkan verməyəcək".

"Əgər ABŞ İranın dəniz mühasirəsini davam etdirərsə, Tehran Fars və Oman körfəzləri, eləcə də Qırmızı dəniz vasitəsilə ticarət əlaqələrinin aparılmasına imkan verməyəcək".

Gundem.today xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı, general-leytenant Əli Abdullahiyə istinadən məlumat verib.

"Əgər təcavüzkar və terrorçu ABŞ regionda dəniz mühasirəsi təşkil etmək kimi qanunsuz hərəkətlərini dayandırmasa və İranın ticarət gəmiləri ilə neft tankerlərinin təhlükəsizliyinə təhdid yaratsa, onların bu addımları atəşkəs rejiminin pozulması ilə nəticələnə bilər. Bu halda İran Silahlı Qüvvələri Fars və Oman körfəzləri, həmçinin Qırmızı dəniz üzərindən idxal-ixrac tədarükünün davam etməsinə icazə verməyəcək", -deyə o bildirib.

General əlavə edib ki, İran öz suverenliyini və milli maraqlarını qorumaq üçün qətiyyətli addımlar atacaq. Onun sözlərinə görə, ABŞ tərəfindən İranın dəniz mühasirəsinə alınması dövlətlər arasındakı atəşkəs üçün ciddi təhlükə yaradır.

Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar baş tutub. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Tehranla İranın nüvə proqramı məsələsində razılaşa bilməyib və bu səbəbdən Amerika hərbçiləri İranın dəniz mühasirəsinə başlayır. İslamabaddakı danışıqlarda Amerika nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens rəhbərlik edib. Qrupda ondan başqa dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer alıb. İran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı rəhbərlik ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#ABŞ#dəniz_mühasirəsi#Fars_körfəzi#Ümman_körfəzi#Qırmızı_dəniz#ticarət_yolları#nüvə_proqramı#Donald_Tramp#Əli_Abdullahi#İslamabad_danışıqları#Hörmüz_boğazı

Oxşar Xəbərlər

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirDünya

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.

Bu gün
12:200
İran hava məkanını qismən AÇDIDünya

İran hava məkanını qismən AÇDI

Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.

Bu gün
12:080
Hörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdiDünya

Hörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.

Bu gün
11:560
Alyaskada ayı iki hərbçiyə hücum edibDünya

Alyaskada ayı iki hərbçiyə hücum edib

ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.

Bu gün
10:320