
"İrşad" 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
"İrşad" 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında yer alaraq "Top100" vergi ödəyicisi siyahısına daxil olub. Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha təsdiqləyib. 2025-ci ildə "İrşad" tərəfindən ödənilən vergi məbləği 10.6 milyon manat təşkil edib.
"İrşad" 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında yer alaraq "Top100" vergi ödəyicisi siyahısına daxil olub. Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha təsdiqləyib. 2025-ci ildə "İrşad" tərəfindən ödənilən vergi məbləği 10.6 milyon manat təşkil edib.
Qeyd edək ki, şirkət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən açıqlanan "2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla)" siyahısında yer alıb.
Xatırladaq ki, İrşad 2024-cü ildə elektronika mağazaları şəbəkələri arasında ən çox vergi ödəyən şirkət olaraq fərqlənmiş və dövlət büdcəsinə əhəmiyyətli töhfə vermişdi. 2025-ci ildə də bu istiqamətdə mövqeyini qoruyan şirkət, ölkə iqtisadiyyatına verdiyi davamlı dəstək və şəffaf fəaliyyət prinsipləri ilə diqqət çəkməyə davam edir.
Vergi ödəyiciləri ilə bağlı bu cür siyahıların açıqlanması biznes mühitində şəffaflığın artırılması ilə yanaşı, özəl sektorun iqtisadiyyata verdiyi töhfənin daha aydın şəkildə qiymətləndirilməsinə imkan yaradır. İrşad da bu prosesdə fəal iştirak edən şirkətlərdən biri olaraq, sosial məsuliyyətli biznes yanaşmasını davam etdirir.
Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz: www.taxes.gov.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərBelarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarus memarlıq və tikinti naziri Aleksandr Studnevlə görüşüb. Görüş zamanı nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə ATİA arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq
Digər"PAŞA Holding" və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib
Aprelin 2-də "PAŞA Holding" və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.
Digər"Goodyear" Azərbaycanda güclənir – "Radius"da nələr açıqlandı?
"Goodyear" brendi uzun fasilədən sonra Azərbaycan bazarında mövqeyini gücləndirməyə hazırlaşır.
Digər"AL Market"lərdə avtomobil qazandıran lotereya
"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.