
İsrail ABŞ-nin təzyiqi ilə Livanla danışıqlara başlayır
ABŞ-nin təzyiqləri nəticəsində İsrail hökuməti gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılıq verib.
ABŞ-nin təzyiqləri nəticəsində İsrail hökuməti gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılıq verib.
Gundem.today xəbər verir ki, bu məlumatı özünün mənbələrinə istinadən İsrailin "Kan" dövlət teleradio şirkəti yayıb. Xəbərə əsasən, müzakirələrin əsas mövzusu atəşkəsin əldə edilməsi və "Hizbullah"ın silahlı qruplaşmalarının ləğvi olacaq. Eyni zamanda, yəhudi dövlətinin ərazisinə hücumlar dayandırılmayacağı təqdirdə, İsrail hərəkatın mövqelərinə cavab zərbələri endirmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa zamanda Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini açıqlayıb.
"Axios" portalı bildirib ki, görüş gələn həftə Vaşinqton şəhərində baş tutmalıdır. Hər iki tərəf toplantıda ABŞ-dəki səfirləri səviyyəsində təmsil olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda qatarların fəaliyyəti bərpa olundu
ABŞ və İsrailin İrana hücumları səbəbindən qatarların fəaliyyəti dayandırılmış Tehran və Məşhəd arasındakı dəmir yolu xəttində hərəkət bərpa olunub.
DünyaPolşada ABŞ-nin hərbi kontingentinin sayı artırılır
Polşa öz ərazisində yerləşən ABŞ hərbi kontingentinin sayının artırılacağına ümid edir.
DünyaMoskvada məktəbli metro qatarını pnevmatik tapança ilə gülləyə tutdu - VİDEO
Moskva polisinin əməkdaşları metronun Arbat-Pokrovskaya xəttinin "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı açıq sahədə hərəkət edən qatara həmyaşıdları ilə birlikdə pnevmatik tapançadan güllə atan yeddinci sinif şagirdinin şəxsiyyətini müəyyənləşdiriblər.
DünyaTramp Hörmüz boğazı ilə bağlı təcili olaraq NATO-ya müraciət edib
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.