
Moskvada məktəbli metro qatarını pnevmatik tapança ilə gülləyə tutdu - VİDEO
Moskva polisinin əməkdaşları metronun Arbat-Pokrovskaya xəttinin "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı açıq sahədə hərəkət edən qatara həmyaşıdları ilə birlikdə pnevmatik tapançadan güllə atan yeddinci sinif şagirdinin şəxsiyyətini müəyyənləşdiriblər.
Moskva polisinin əməkdaşları metronun Arbat-Pokrovskaya xəttinin "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı açıq sahədə hərəkət edən qatara həmyaşıdları ilə birlikdə pnevmatik tapançadan güllə atan yeddinci sinif şagirdinin şəxsiyyətini müəyyənləşdiriblər.
Gundem.today xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına depoda iki vaqonun şüşələrinin sındırılması barədə məlumat daxil olub.
"Hadisə yerinin yaxınlığında polislər ümumtəhsil məktəbinin 7-ci sinif şagirdini saxlayıblar. Yeniyetmə etiraf edib ki, dostları ilə birlikdə pnevmatik silahdan elektrik qatarı istiqamətində bir neçə güllə atıb və nəticədə vaqonların pəncərələri zədələnib", - deyə İ.Volk "Max" sosial şəbəkəsində yazıb.
Nazirlik rəsmisi əlavə edib ki, məktəbli polis şöbəsinə aparılıb və orada qanuni nümayəndəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb. Həmçinin məlum olub ki, o, bir neçə gün əvvəl marşrut avtobusunun gövdəsindən yapışaraq 12-ci Parkovaya küçəsindən Nijnyaya Pervomayskayaya qədər getdiyi üçün artıq polisin diqqətini cəlb edibmiş.
"Yeniyetmənin atası barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.35-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozma haqqında iki protokol tərtib edilib", - deyə qurum nümayəndəsi bildirib.
Şagird Rusiya DİN-in Şərqi İzmaylovo rayonu üzrə şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə bölməsində profilaktik uçota alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Avropa ölkələrinin İrana qarşı əməliyyatdan imtinası NATO daxilində parçalanma yaradıb
Avropa İttifaqı (Aİ) ölkələrinin İrana qarşı əməliyyatda ABŞ-yə hərbi bazalar verməkdən imtina etməsi NATO daxilində parçalanmaya səbəb olub.
DünyaCo Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdi
ABŞ-nin 46-cı Prezidenti Co Baydenin oğlu Hanter Baydenin 17 milyon dollara yaxın borcunun olduğu və buna baxmayaraq, onun ABŞ-dəki fəaliyyətini səssizcə yekunlaşdıraraq ölkədən getdiyi bildirilir.
DünyaLivanın baş naziri İsraillə sülh danışıqları üçün ABŞ-yə gedir
Livanın Baş naziri Nəvaf Səlam gələn həftə xarici səfərlərə başlayacaq. Turne çərçivəsində ilk olaraq ABŞ-yə yollanacaq və burada İsraillə sülh müqaviləsi müzakirə olunacaq.
DünyaABŞ-ni narahat edəcək GÖRÜŞ - Çin lideri Tayvanın müxalifət lideri ilə bir arada
Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın ən böyük müxalifət qüvvəsi olan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun ilə tarixi görüş keçirib.