Son dəqiqə
11-ci sinif şagirdi Araz çayında batdı: Axtarışa dalğıclar cəlb edildiAltıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEOPakistanda partlayıcı qurğu işə düşdü: Ölənlər varAbşeronda qadın faciəli şəkildə öldüSaxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMAZeynəb Cavadlının anası: "Beş gündür Dubayda qızım və nəvələrimdən xəbər ala bilmirəm" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İsrail-İran qarşıdurması kritik həddə - Trampdan İLGİNC MÖVQE
İsrail-İran qarşıdurması kritik həddə - Trampdan İLGİNC MÖVQE
Dünya

İsrail-İran qarşıdurması kritik həddə - Trampdan İLGİNC MÖVQE

09:08
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti hücumlardan çəkinməyə çağırmasına baxmayaraq, Təl-Əviv İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti hücumlardan çəkinməyə çağırmasına baxmayaraq, Təl-Əviv İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bundan bir neçə saat əvvəl isə Tramp bildirib ki, Təl-Əviv və Tehran arasındakı yeni zərbələr onun rəhbərliyinin İranla apardığı sülh danışıqlarına təsir etməyəcək. O əlavə edib ki, qərarları İsrailin Baş naziri Benyamin Netanyahu qəbul etmir.

"Bu, razılaşmaya heç bir təsir göstərməyəcək. Bütün qərarları mən verirəm. O qərar qəbul etmir", - deyə Ağ Ev lideri bildirib.

Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə silsilə zərbələr endirib. "Tasnim" agentliyinin məlumatına görə, Tehran bu hücumu İsrail ordusunun (SAXAL) Beyrutda həyata keçirdiyi əməliyyatlara cavab kimi izah edib. Bu, son iki ayda İran silahlı qüvvələri tərəfindən İsrailə atılan ilk raket zərbələridir. İran İsraili bərk yanacaqla işləyən "Xeybarşekan" raketləri ilə hədəfə alıb.

Agentliyin məlumatında bildirilir ki, həmin raketlərin uçuş mənzili 1 450 kilometrə bərabərdir, ağırlığı isə təqribən 4 500 kiloqramdır. Qeyd olunan ballistik raket növü SEPAH-ın üçüncü nəsil arsenalına daxildir. Rəsmi Tehran İsrailə qarşı həyata keçirilən hücumu bir xəbərdarlıq kimi qiymətləndirib. SEPAH-ın açıqlamasına görə, zərbə üçün əsas hədəf hərbi aviabaza seçilib. Bildirilir ki, SAXAL Livan ərazisindəki hədəfləri məhz həmin bazadan atəşə tutub. İran hücumdan əvvəl Tel-Əvivin Beyruta endirdiyi zərbələri kəskin pisləyib.

Nəzərə çatdıraq ki, ABŞ Prezidenti Donald Tramp Tehran rəhbərliyini də yenidən danışıqlar masasına əyləşməyə səsləyib. O, tərəflərin sülh müqaviləsi imzalamaq ərəfəsində olduğunu iddia edərək, İrandan növbəti hücumlardan çəkinməyi xahiş edib. Ağ Ev lideri vurğulayıb ki, Tehran artıq öz raketlərini buraxıb və o, bu addımları yetərli sayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İsrail#İran#Donald_Tramp#Benyamin_Netanyaxu#ABŞ#sülh_danışıqları#Yaxın_Şərq#Livan#Beyrut#raket_zərbələri#atəşkəs

Oxşar Xəbərlər

Pakistanda partlayıcı qurğu işə düşdü: Ölənlər varDünya

Pakistanda partlayıcı qurğu işə düşdü: Ölənlər var

Turbat şəhərində magistral yolun kənarına yerləşdirilmiş kustar partlayıcının avtomobillərin hərəkəti zamanı işə salınması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisənin təfərrüatları.

11:560
Yaxın Şərqdəki gərginlik fonunda neft KƏSKİN BAHALAŞDIDünya

Yaxın Şərqdəki gərginlik fonunda neft KƏSKİN BAHALAŞDI

Yaxın Şərq münaqişəsində yeni eskalasiya əlamətləri fonunda neft kəskin bahalaşıb.

11:440
İran bütün hava limanlarını bağladı, uçuşlar təxirə salındıDünya

İran bütün hava limanlarını bağladı, uçuşlar təxirə salındı

Yaxın Şərqdə artan gərginlik fonunda İranın qərb bölgəsindəki hava limanları, eləcə də Tehrandakı beynəlxalq aeroportlar fəaliyyətini dayandırıb. Bütün reyslər qeyri-müəyyən vaxtadək ləğv edilib.

11:340
Paşinyandan ilk SEÇKİ AÇIQLAMASI: "Üçbaşlı müharibə partiyası məğlub oldu, xalq sülhü müdafiə etdi"Dünya

Paşinyandan ilk SEÇKİ AÇIQLAMASI: "Üçbaşlı müharibə partiyası məğlub oldu, xalq sülhü müdafiə etdi"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən seçkinin yekununa əsasən hakim Vətəndaş Sazişi Partiyasının parlamentdə çoxluq təşkil edəcəyini və hökuməti formalaşdıracağını bəyan edib.

11:200