
İsrail İrana qarşı əməliyyatlara hazırdır: Yeni hədəflər artıq müəyyənləşdirilib
İsrail hərbçiləri Tehrana qarşı genişmiqyaslı əməliyyatların bərpasına tam hazırdır və İranda vurulacaq hədəflərin siyahısını artıq müəyyənləşdirib.
İsrail hərbçiləri Tehrana qarşı genişmiqyaslı əməliyyatların bərpasına tam hazırdır və İranda vurulacaq hədəflərin siyahısını artıq müəyyənləşdirib.
Gundem.today xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir məlumat verib.
"Biz nailiyyətlərimizi daha da genişləndirməyə və İran rejimini daha da zəiflətməyə imkan verəcək güclü, genişmiqyaslı əməliyyatlara qayıtmaq üçün tam hazır vəziyyətdəyik. İranda bizim üçün bir sıra yeni hədəflər müəyyən edilib", - deyə Zamir vurğulayıb. Baş Qərargah rəisinin bu açıqlamasını ordunun mətbuat xidməti yayıb.
E.Zamirin sözlərinə görə, İsrail bir neçə cəbhədə həyata keçirilən əməliyyatlar vasitəsilə regional reallığı dəyişmək üçün tarixi imkana sahibdir. O, həmçinin əlavə edib ki, ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlıq və koordinasiya davam etdirilir, mövcud vəziyyət isə diqqətlə izlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Hizbullah" komandiri aviazərbə nəticəsində öldürülüb
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta aviazərbə endirib.
DünyaBMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi
İran BMT-yə üzv dövlətləri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı təqdim etdiyi qətnamə layihəsini dəstəkləməməyə çağırıb.
DünyaABŞ qırıcısı İrana gedən tankeri atəşə tutub
ABŞ Silahlı Qüvvələri Oman körfəzində İranın "Hasna" tankerini atəşə tutublar.
DünyaTramp administrasiyasından Livan-İsrail masasına yeni təklif: Detallar məlum oldu
Livan və İsrail nümayəndə heyətləri atəşkəs rejiminin uzadılması şərtlərini müzakirə etmək üçün mayın 13-15-də Vaşinqtonda görüşəcəklər.