
İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilmədi
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları başa çatıb.
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları başa çatıb.
Gundem.today xəbər verir ki, Bosniya-Herseqovina İtaliyanı növbəti dəfə mundialdan kənarda qoyub.
Əsas vaxtı 1:1 başa çatan matçda Bosniya millisi penaltilər seriyasında 4:1 hesabı ilə qalib gəlib.
Bununla da İtaliya milli komandası ardıcıl üçüncü dəfə dünya çempionatında iştirakdan məhrum olub.
Digər oyunda isə Çexiya milli komandası Danimarkanı penaltilər seriyasında üstələyərək dünya çempionatına vəsiqə qazanıb. Görüşün əsas vaxtı 2:2 hesabı başa çatıb, Çexiya komandası penaltilər seriyasında 3:1 hesabı ilə qalib gəlib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
İdmanBrunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
İdman"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib.