
İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
Daşkəsəndə itkin düşən şəxsin meyiti tapılıb.
Daşkəsəndə itkin düşən şəxsin meyiti tapılıb.
Gundem.today-ın məlumatına görə, aprelin 4-də Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Qabaqtəpə kənd sakini, 74 yaşlı Ə.Kərimovun yaşadığı evi tərk edərək geri qayıtmaması barədə məlumat daxil olub.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində Ə.Kərimovun üzərində zorakılıq əlamətləri olmayan meyiti rayon ərazisində yerləşən meşəlik sahədə, dərədə aşkar olunaraq çıxarılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Hadisə34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI
Ötən gün Samuxda bıçaqlanma hadisəsi baş verib.
HadisəVəlvələçayın axarı dayandı, yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO
Qubada Qonaqkənd kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb.
HadisəTovuzda 19 yaşlı qız OĞURLANDI - Dörd nəfər SAXLANILDI
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.