
Kaliforniyada eniş edən təyyarə dronla toqquşmaqdan son anda xilas oldu
Kaliforniya ştatında San-Fransiskodan San-Dieqoya uçan sərnişin "Boeing 737" təyyarəsi eniş edərkən pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda yayına bilib.
Kaliforniya ştatında San-Fransiskodan San-Dieqoya uçan sərnişin "Boeing 737" təyyarəsi eniş edərkən pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda yayına bilib.
Gundem.today xəbər verir ki, bu barədə uçuşu həyata keçirən "United Airlines" aviaşirkətinin nümayəndəsinə istinadən CBS telekanalı məlumat yayıb.
Bildirilib ki, təhlükəli hal təxminən 900 metr yüksəklikdə baş verib. Dronu hava gəmisinin pilotu fərq edib. O, təyyarə ilə aparat arasındakı məsafəni ciddi risk hesab edib, lakin xoşbəxtlikdən faciənin qarşısı alınıb. Təyyarə San-Dieqo hava limanına uğurla eniş edib, sərnişinlər salonu adi qaydada tərk ediblər. Laynerin gövdəsində heç bir zədə aşkarlanmayıb.
ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) hava limanlarının yaxınlığında hər hansı dronun uçuşunun qadağan edildiyini vurğulayaraq hadisəni təsdiqləyib. İnsidentin araşdırılmasına Federal Təhqiqatlar Bürosu (FTB) cəlb olunub. İlk növbədə dronun kimə məxsusluğu və hansı səbəbdən aeroportun uçuş-eniş zolağına yaxınlaşdığı aydınlaşdırılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.