
"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər
"Kanal 21" "YouTube" səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxeber.az" saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər.
"Kanal 21" "YouTube" səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxeber.az" saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, adıçəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim ediliblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərlə yanaşı, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıblar. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib.
Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələb etmə cinayətində ittiham olunurlar. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı
Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.
KriminalAiləsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO
Sosial şəbəkələrdə Bakıda beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.
KriminalAzərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı
Göygöldə toy məclisində iki qardaş bıçaqlanıb.
KriminalXəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO
Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.