
Kembric Universiteti 250 milyon dollarlıq rekord ianə alıb
Kembric Universiteti müasir Britaniya tarixində rekord sayılacaq 190 milyon funt sterlinq (təxminən 250 milyon dollar) məbləğində ianə aldığını açıqlayıb.
Kembric Universiteti müasir Britaniya tarixində rekord sayılacaq 190 milyon funt sterlinq (təxminən 250 milyon dollar) məbləğində ianə aldığını açıqlayıb.
Gundem.today ali məktəbin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Böyük Britaniya təhsil tarixində bir universitetə edilən ən böyük birdəfəlik ianədir.
Sözügedən vəsaiti britaniyalı milyarder Kris Rokos ayırıb. Bu ianə hesabına universitet nəzdində beynəlxalq siyasət sahəsində "gələcəyin liderləri"nin hazırlanması ilə məşğul olacaq Rokos adına Dövlət İdarəçiliyi Məktəbi yaradılacaq.
Qeyd edək ki, Kembric Universiteti üçün bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınmışdı. Həmin vaxt amerikalı milyarder Stiven Şvartsman universitetə 185 milyon funt sterlinq ianə etmişdi. Kris Rokosun bu addımı ilə həmin rekord yenilənmiş oldu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".