Son dəqiqə
Yeni müharibə təhlükəsi: İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildiTramp Hörmüz boğazını blokadaya almağı əmr etdiSürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaqVladimir Putin və Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblərBakıda marketdən oğurluq edən şəxs saxlanılıbKənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Kənddə adam qalmır, hamı köçüb gedir" - Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO
"Kənddə adam qalmır, hamı köçüb gedir" - Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO
Cəmiyyət

"Kənddə adam qalmır, hamı köçüb gedir" - Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Bu gün
16:32
0 baxış
Paylaş:

Oğuz rayonunun Ərmənət kəndinə gedən yol yararsız vəziyyətdədir.

Oğuz rayonunun Ərmənət kəndinə gedən yol yararsız vəziyyətdədir.

Sakinlərin Baku TV-yə sözlərinə görə, kəndə aparan təxminən 3 kilometrlik yol uzun illərdir asfalt üzünə həsrət qalıb.

Xalxal kəndinə və Qaraməryəm-İsmayıllı-Şəki magistralına yeganə çıxış olan bu yolun bərbad vəziyyətdə olması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır.

Sakinlərdən biri bildirib ki, yolun vəziyyəti səbəbindən nə taksi, nə də qonaqlar rahat şəkildə gələ bilir:

"Bir neçə gün əvvəl qonaqlarım gəlmişdi, dedilər, az qalmışdı ki, yarı yoldan geri qayıdaq. Bu vəziyyətdə kənddə adam da qalmır, hamı köçüb gedir".

"Yollarımız çox pis gündədir. Bu yollara hətta eşşək arabası belə yaramır. Üçkilometrlik yol elə də böyük məsafə deyil, amma aidiyyəti qurumlar bizə diqqət göstərmir", - başqa bir sakin vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Oğuz rayonunun Ərmənət kəndinə gedən yolun ümumi uzunluğu 2.8 kilometrdir. Qurumun açıqlamasına görə, yolun 2 kilometrlik hissəsi Agentliyin, qalan 800 metrlik hissəsi isə bələdiyyənin balansındadır.

"Həmin yolun yenidən qurulması nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi yolda yenidənqurma işləri həyata keçiriləcək", - məlumatda qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Azərbaycan_Avtomobil_Yolları_Dövlət_Agentliyi_(AAYDA)

Oxşar Xəbərlər

Sürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaqCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq

Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu gün
17:360
Kənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?Cəmiyyət

Kənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?

Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektorunda həm yeni ümidlər, həm də ciddi narahatlıqlar yaradıb. Dəyişkən hava şəraitinin aqrar sahəyə göstərdiyi təsir hazırda əkin sahələrində çalışan fermerlərdən tutmuş bazardakı sıravi istehlakçılara qədər bütün vətəndaşların diqqət mərkəzindədir.

Bu gün
17:000
Sabah hava necə olacaq? - 13.04.2026Cəmiyyət

Sabah hava necə olacaq? - 13.04.2026

Azərbaycanda aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
12:400
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunurCəmiyyət

Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur

Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur.

Bu gün
12:002