Son dəqiqə
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edibABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandıBöyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edibBelçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlərBakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi - VİDEOABŞ nüvə silahı ilə bağlı genişmiqyaslı planlarını açıqlayıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Kəskin qıtlıqdan tarixi maksimuma - Yaponiya düyü böhranını necə aşdı?
Kəskin qıtlıqdan tarixi maksimuma - Yaponiya düyü böhranını necə aşdı?
Dünya

Kəskin qıtlıqdan tarixi maksimuma - Yaponiya düyü böhranını necə aşdı?

29 mart 2026
03:31
1 baxış
Paylaş:

"Yaponiyanın düyü rezervləri son illərdə müşahidə olunan kəskin çatışmazlıqdan sonra ən yüksək səviyyəyə yüksələcək".

"Yaponiyanın düyü rezervləri son illərdə müşahidə olunan kəskin çatışmazlıqdan sonra ən yüksək səviyyəyə yüksələcək".

Gundem.today xəbər verir ki, bu barədə Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi rəsmi açıqlama yayıb.

Qurumun bildirdiyinə görə, 2027-ci ilin iyununa qədər şəxsi anbarlarda toplanan düyünün miqdarı tarixi maksimumu yeniləyərək 2.7 milyon tonu ötəcək. Qeyd edək ki, standart ehtiyat norması təqribən 2 milyon ton hesab olunur.

Bununla da dövlət, əlverişsiz hava şəraiti səbəbindən məhsuldarlığın aşağı düşməsi nəticəsində 2024-cü ildən etibarən yaranmış düyü qıtlığı problemini həll etməyə nail olub.

Böhran dövründə düyünün qiyməti təxminən iki dəfəyə qədər artmış, bəzi marketlər məhsul qıtlığı səbəbindən limitli satış rejiminə keçəcəkləri barədə xəbərdarlıq etmişdilər.

Keçən ilin fevralında Yaponiyada düyünün orta pərakəndə qiyməti əvvəlki ilin analoji dövrü ilə müqayisədə 90%-ə yaxın artmışdı. 2025-ci ilin fevralının ilk həftəsi üçün 5 kiloqramlıq düyünün orta bazar qiyməti 3 829 yen (təxminən 41 manat - red.) təşkil edib. Bu göstərici, ötən ilin fevralında 2 000 yenə (təxminən 21 manat - red.) satılan 5 kiloqram düyü ilə müqayisədə 90%-lik bahalaşma deməkdir.

Artıq 40 ildir ki, Yaponiyada ən çox tələbat olan düyü növü Koşihikaridir. Ötən ilin yayında Niiqata prefekturasında yığılan məhsulun cəmi 5%-i satış üçün yararlı hesab edilib, halbuki normal şəraitdə bu göstərici 80% təşkil edir. Məhz bu vəziyyət mağazalarda rəflərin boş qalmasına və dövlətin strateji düyü fondlarından istifadə edilməsi ilə bağlı müraciətlərə səbəb olmuşdu.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

ABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandıDünya

ABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandı

ABŞ-nin İrana qarşı əməliyyatlarının cari xərcləri 25 milyard dollar həcmində qiymətləndirilir.

Bu gün
19:420
Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edibDünya

Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib

Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib.

Bu gün
19:360
Belçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlərDünya

Belçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlər

Belçikanın müdafiə naziri Teo Franken Donald Trampın NATO ilə bağlı tənqidlərinin müəyyən mənada doğru olduğunu bildirib.

Bu gün
19:320
ABŞ nüvə silahı ilə bağlı genişmiqyaslı planlarını açıqlayıbDünya

ABŞ nüvə silahı ilə bağlı genişmiqyaslı planlarını açıqlayıb

ABŞ Hərb Nazirliyi ölkənin nüvə triadasını modernləşdirmək məqsədilə nüvə silahı və onların daşıyıcı sistemləri üzrə sınaqlar keçirməyi planlaşdırır.

Bu gün
19:200