Son dəqiqə
"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunduQaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEOBelarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlarABŞ-İran danışıqları səbəbindən Pakistanın iki şəhərində əhali istirahətə göndərildiİsrail ordusu Beyrutda "Hizbullah" liderinin şəxsi katibini məhv etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kinomuzun sevimli aktyoru və rejissoru Ceyhun Mirzəyevin doğum günüdür - VİDEO
Kinomuzun sevimli aktyoru və rejissoru Ceyhun Mirzəyevin doğum günüdür - VİDEO
Cəmiyyət

Kinomuzun sevimli aktyoru və rejissoru Ceyhun Mirzəyevin doğum günüdür - VİDEO

Bu gün
11:40
0 baxış
Paylaş:

Aprelin 9-da kinoaktyor və rejissor Ceyhun Mirzəyevin doğum günüdür.

Aprelin 9-da kinoaktyor və rejissor Ceyhun Mirzəyevin doğum günüdür.

Gundem.today xatırladır ki, Ceyhun Mirzəyev 1946-cı ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, daha sonra isə Moskvada təhsil alıb.

Ceyhun Mirzəyevin 46 illik ömrünün 35 ili kino ilə bağlı olub.

O, ilk dəfə 11 yaşı olanda "Görüş" filmində "Şıxəlinin oğlu"nun obrazını yaradıb. On iki yaşı olanda isə "Ögey ana" filminə dəvət alıb və yaddaşlardan silinməyən "İsmayıl" obrazını yaradıb. Məhz bu obrazla Ceyhun kino sahəsində ən böyük uğurunu qazanıb.

Ceyhun Mirzəyev "Azərbaycanfilm" kinostudiyasında müxtəlif peşələrdə çalışıb və bir neçə filmə quruluş verib.

Rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi "Qara qağayı" (1962) filmində baş rolun ifaçısı olub.

"Mozalan" satirik kino jurnalının bədii rəhbəri olmaqla yanaşı, bir çox süjetlərin də müəllifi olub.

Qarabağ müharibəsindən bəhs edən "Fəryad" filmi müəllifin son işidir. Lakin özü bu filmin premyerasında iştirak edə bilməyib. Məhz "Fəryad" filmindəki şücaətinə görə o, "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb.

Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta dövrünün ən məşhur satirik verilişlərindən olan "Mozalan"ın açılışında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyev 1994-cü il martın 5-də 46 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Doğum_günü#Ceyhun_Mirzəyev

Oxşar Xəbərlər

Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı AÇIQLANDICəmiyyət

Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı AÇIQLANDI

Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Bu gün
12:560
Sabah 22 dərəcə isti olacaq - 10.04.2026Cəmiyyət

Sabah 22 dərəcə isti olacaq - 10.04.2026

Azərbaycanda aprelin 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
12:480
Yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdırCəmiyyət

Yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır

Ötən il Yasamalda baş vermiş yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.

Bu gün
12:360
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti AÇIQLANDICəmiyyət

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti AÇIQLANDI

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.

Bu gün
11:360