Son dəqiqə
FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİAzov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olubAntalyada 8-ci Etnoidman Forumu baş tutub - FOTODörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcəkKİV: Zidan Fransa millisinə rəhbərlik etməyə razı olduQuba və Qusar rayonlarında bəzi çaylardan sel keçir - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. KİV: ABŞ İranda pilotun xilas edilməsi zamanı özünün iki təyyarəsini məhv edib
KİV: ABŞ İranda pilotun xilas edilməsi zamanı özünün iki təyyarəsini məhv edib
Dünya

KİV: ABŞ İranda pilotun xilas edilməsi zamanı özünün iki təyyarəsini məhv edib

Bu gün
14:12
2 baxış
Paylaş:

ABŞ İranda "F-15" qırıcısının pilotunun xilasetmə əməliyyatı zamanı iki nəqliyyat təyyarəsini İran qüvvələrinin əlinə keçməməsi üçün məhv edib.

ABŞ İranda "F-15" qırıcısının pilotunun xilasetmə əməliyyatı zamanı iki nəqliyyat təyyarəsini İran qüvvələrinin əlinə keçməməsi üçün məhv edib.

Gundem.today xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

ABŞ xüsusi təyinatlıları İranda vurulmuş "F-15" qırıcısının ikinci ekipaj üzvünü xilas ediblər. Əməliyyatda iştirak edən hərbçilər onlar üçün göndərilən üç əlavə təyyarə ilə geri qayıdıblar. Xilas edilən pilot və xüsusi təyinatlılar Küveytə çatdırılıblar. Əməliyyat gecə yarısına az qalmış başa çatıb və bütün ABŞ qüvvələri İranın hava məkanını tərk edib.

"CBS News" qeyd edir ki, cümə günü xilas edilən birinci pilotun olduğu helikopter atəşə tutulub. Nəticədə heyət üzvləri yaralansalar da, hamısı uğurla yerə enə biliblər.

"The New York Times" qəzeti isə yazıb ki, Amerika qüvvələri ikinci pilotu xilas etməyə yaxınlaşarkən atışma baş verib. Lakin iki rəsmi şəxs "CBS News"a bildirib ki, heç bir atışma olmayıb.

Telekanalın məlumatına görə, xilasetmə əməliyyatında iştirak edən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) zabit aşkar edilməzdən əvvəl dezinformasiya kampaniyasına başlayıb. Belə ki, İranda Amerika qüvvələrinin artıq pilotu taparaq təxliyə etdiyi barədə yanlış məlumat yayılıb. Mənbənin sözlərinə görə, kəşfiyyat ekipaj üzvünün dəqiq yerini Pentaqon və Ağ Evə ötürüb. Prezident Donald Tramp dərhal xilasetmə əməliyyatına başlamaq əmri verib, MKİ isə real vaxt rejimində məlumat təqdim etməyə davam edib.

"The Washington Post" yazır ki, "C-130" təyyarələri və helikopterlər pilotu tapmaq üçün İranın dağlıq əraziləri üzərində alçaq hündürlükdə və aşağı sürətlə uçaraq böyük riskə gediblər.

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü isə ABŞ-nin xilasetmə əməliyyatının uğursuz olduğunu iddia edib. Onun sözlərinə görə, İsfahanın cənubunda iki "Black Hawk" helikopteri və bir "C-130" təyyarəsi vurulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#ABŞ_Hərb_Nazirliyi_(Pentaqon)#Ağ_Ev

Oxşar Xəbərlər

Azov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olubDünya

Azov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olub

Pilotsuz uçuş aparatlarının (PUA) Azov dənizi akvatoriyasında buğda daşıyan yük gəmisinə hücumu nəticəsində iki nəfər həlak olub.

Bu gün
20:000
Dörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcəkDünya

Dörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcək

"Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər".

Bu gün
19:480
ABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandıDünya

ABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandı

İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarə itirib.

Bu gün
19:001
İraq nefti daşıyan tanker Hörmüz boğazından keçdiDünya

İraq nefti daşıyan tanker Hörmüz boğazından keçdi

İraq nefti daşıyan tanker Hörmüz boğazından keçib.

Bu gün
18:320