
KİV: ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı göndərir
ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı göndərir.
ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı göndərir.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, "USS George H. W. Bush" aviadaşıyıcısı Virciniya ştatındakı Norfolk hərbi-dəniz bazasından yola düşüb və bölgədə artıq yerləşən "USS Abraham Lincoln" və "USS Gerald R. Ford" gəmilərinə qoşulacaq.
Beləliklə, regionda eyni vaxtda üç aviadaşıyıcıdan ibarət hərbi qruplaşma formalaşacaq.
Qeyd olunub ki, qüvvələrin bölgəyə göndərilməsi ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti addımları nəzərdən keçirməsi fonunda həyata keçirilir.
Xatırladaq ki, daha əvvəl İranın SEPAH qüvvələri "USS Abraham Lincoln" aviadaşıyıcısına zərbə endirdiklərini bildirmiş, ABŞ Hərbi Dəniz Qüvvələri isə gəminin "Epik Qəzəb" əməliyyatında iştirakını davam etdirdiyini açıqlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".