
KİV: Amerikalı qolfçu Tayger Vudsun üzərindən qəzadan sonra narkotik həblər tapıldı
Əfsanəvi amerikalı qolfçu Tayger Vuds bir neçə gün əvvəl qəza törətdikdən sonra onun üzərindən "hidrokodon" adlı opioid tərkibli iki ağrıkəsici həb aşkar edilib.
Əfsanəvi amerikalı qolfçu Tayger Vuds bir neçə gün əvvəl qəza törətdikdən sonra onun üzərindən "hidrokodon" adlı opioid tərkibli iki ağrıkəsici həb aşkar edilib.
Gundem.today xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Hadisə martın 27-də Floridada baş verib. Məlumata görə, Vuds idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yük maşınına çırpılıb, nəticədə onun nəqliyyat vasitəsi aşıb.
Hadisə yerində keçirilən alkoqol testinin nəticəsi mənfi çıxsa da, polis idmançının qeyri-adekvat davranışlarının qəbul etdiyi narkotik tərkibli güclü ağrıkəsicilərin təsirindən qaynaqlandığını ehtimal edir.
Məşhur qolfçu bir müddət saxlanıldıqdan sonra zaminə buraxılıb. Məsələ ilə bağlı məhkəmə iclasının aprel ayının sonuna təyin edildiyi bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".