
KİV: FTB direktoru vəzifəsini itirə bilər
Vaşinqton administrasiyasında növbəti kadr dəyişiklikləri Federal Təhqiqatlar Bürosunun rəhbəri Keş Patel, ABŞ-nin quru qoşunları naziri Deniel Driskoll və əmək naziri Lori Çaves-Derimerə təsir göstərə bilər.
Vaşinqton administrasiyasında növbəti kadr dəyişiklikləri Federal Təhqiqatlar Bürosunun rəhbəri Keş Patel, ABŞ-nin quru qoşunları naziri Deniel Driskoll və əmək naziri Lori Çaves-Derimerə təsir göstərə bilər.
Gundem.today-ın xəbərinə görə, bu barədə ABŞ-nin "The Atlantic" jurnalında dərc olunan məqalədə məlumat verilib.
Bildirilib ki, Patel, Driskoll və Çavez-Derimer də daxil olmaqla, administrasiyadan gedən digər şəxslərlə bağlı aktiv müzakirələr aparılır. Məqalədə ABŞ Prezidenti Donald Trampın hələlik bu barədə yekun qərar vermədiyi qeyd olunub.
Müəllifin sözlərinə görə, Birləşmiş Ştatlar prezidenti əvvəllər noyabrda keçiriləcək Konqresə aralıq seçkilərinə qədər administrasiyanın əsas əməkdaşlarından heç kimi işdən çıxarmağı planlaşdırmırdı. "Lakin İrana qarşı müharibəyə başladıqdan sonra dövlət başçısına dəstəyin azalması siyasi hesablamaları dəyişdirdi", - deyə nəşr diqqətə çatdırır.
Xatırladaq ki, ABŞ lideri aprelin 2-də, cümə axşamı günü ədliyyə naziri - baş prokuror Pem Bondinin istefasını elan edib. "The New York Times" qəzetinin məlumatına əsasən, Bondinin vəzifədən getməsinin əsas səbəbi pedofiliyada təqsirləndirilən maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin dərci ilə bağlı vəziyyətdə atdığı addımlardır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".