
Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verildi
"SOCAR Petroleum" QSC Xəzər dənizinin akvatoriyasında "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başladığını elan edib. Bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.
"SOCAR Petroleum" QSC Xəzər dənizinin akvatoriyasında "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başladığını elan edib. Bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.
Gundem.today xəbər verir ki, "Gəmidən gəmiyə" (ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb. Bu yanaşma gəmilərin limana daxil olmadan operativ şəkildə yanacaqla təmin olunmasına imkan yaradır və xidmətin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Uğurlu start şirkətin yüksək əməliyyat hazırlığını və peşəkar kompetensiyasını, eləcə də bütün proseslərin beynəlxalq tələblərə uyğun icra olunduğunu bir daha təsdiqləyib.
Gələcək mərhələdə "SOCAR Petroleum" bunkerləmə əməliyyatlarının genişləndirilməsini, yüksək keyfiyyətli DMA, IFO, VLSFO və MGO (ISO 8217) standartına uyğun dəniz yanacağının tətbiqini və təchizat infrastrukturunun inkişafını planlaşdırır.
Bu fəaliyyət istiqamətinin başlanması Xəzər regionunda dəniz infrastrukturunun inkişafına mühüm töhfə verməklə bərabər, Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində rolunu gücləndirir, həmçinin ölkənin tranzit potensialının artmasına əlavə imkanlar yaradır.
Qeyd edək ki, bunkerləmə əməliyyatı dənizçilik terminologiyasında gəmilərin hərəkətini və daxili sistemlərinin işləməsini təmin etmək üçün onlara yanacaq və sürtkü yağlarının vurulması prosesidir. Bu proses texniki icra üsuluna görə "gəmidən-gəmiyə" və "sahildən-gəmiyə" olmaqla reallaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatYol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı
Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.
İqtisadiyyatHesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladı
Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarlayıb.
İqtisadiyyatBank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər
Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.
İqtisadiyyatNazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alır
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün mebel, idman inventarları və digər təyinatlı məhsullar alacaq.