Son dəqiqə
Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldıPrezident: "Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər"Martin Çunqonq Heydər Əliyevin məzarını ziyarət edib - FOTOİlham Əliyev: "Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb""Sarı"da keçən sürücülər qəzaya səbəb oldular - ANBAAN GÖRÜNTÜLƏRPrezident: "Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Konstitusiya Məhkəməsi: "Şübhəli şəxsə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ağlabatan vaxt bölgüsü müəyyənləşdirilməlidir"
Konstitusiya Məhkəməsi: "Şübhəli şəxsə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ağlabatan vaxt bölgüsü müəyyənləşdirilməlidir"
Kriminal

Konstitusiya Məhkəməsi: "Şübhəli şəxsə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ağlabatan vaxt bölgüsü müəyyənləşdirilməlidir"

Bu gün
11:38
0 baxış
Paylaş:

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 60-cı maddələri baxımından Cinayət-Prosessual Məcəllənin 148.6-cı və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Xanlar Vəliyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən, Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Konstitusiya_Məhkəməsi#Fərhad_Abdullayev#Plenum_iclası#həbs_qətimkan_tədbiri#Cinayət-Prosessual_Məcəlləsi#şübhəli_şəxsin_tutulma_müddəti#Bakı_Apellyasiya_Məhkəməsi#qanunvericilik#hüquqi_qərar#məhkəmə_xəbərləri

Oxşar Xəbərlər

Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldıKriminal

Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı

Klinikadan 5000 manat oğurlayan kassir saxlanılıb.

Bu gün
12:580
Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - VİDEOKriminal

Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

Bu gün
12:440
Vüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRARKriminal

Vüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRAR

"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün
12:300
Bakıdakı kütləvi davanın iştirakçılarından biri SAXLANILDIKriminal

Bakıdakı kütləvi davanın iştirakçılarından biri SAXLANILDI

Bakıda baş vermiş kütləvi davanı törədən şəxslərdən biri saxlanılıb.

Bu gün
12:180