Son dəqiqə
Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJGünəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilərİranda üç "Mossad" agenti edam edilib"Qarabağ"ın sabiq ulduzu Juninyodan Meksikada möhtəşəm qol - VİDEOAzərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Vüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRAR
Vüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRAR
Kriminal

Vüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRAR

Bu gün
12:30
0 baxış
Paylaş:

"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarından məlum olub ki, Vüqar Məmmədov orta təhsillidir. 2004-cü ildə o, dələduzluq maddəsi ilə məhkum olunub.

Dövlət ittihamını prokuror Orxan Kəngərli təmsil edir.

Prosesdə dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunmasını xahiş edib. Zərərçəkmişlərin nümayəndələri dövlət ittihamçısı ilə rasılaşıblar.

Daha sonra vəkil Aqil Layıc təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını deyib. Bildirib ki, hədə-qorxu ilə tələbetmə cinayətlərində hüquqi şəxslər zərərçəkmiş qismində tanına bilməz, yalnız fiziki şəxslər zərərçəkmiş qismində tanına bilərlər. O, cinayət təqibinə xitam verilməsini istəyib.

Bundan başqa, vəkil Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə də vəsatət verib. O, bunu müvəkkilinin ziyalı olması ilə izah edib. Vurğulayıb ki, Vüqar Məmmədovun cinayət işi Prezident Adminstrasiyasının sabiq rəisi Ramiz Mehdiyevin işindən ayrılıb.

Vüqar Məmmədov isə bildirib ki, yaxından-uzaqdan Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur. Dövlət çevrilişi ittihamı ilə saxlanılsa da, sonradan ittihamı dəyişdirilib. O, barəsində olan cinayət təqibinə xitam verilməli olduğunu deyib.

Dövlət ittihamçısı isə vəsatətlərin təmin olunmamasını istəyib.

Hakimlər hazırlıq iclası ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər.

Müdafiəçi tərəfindən verilən vəsatətlər təmin olunmayıb. Təqsirləndirilən şəxsin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı istintaq təcridxanasına etap olunması barədə qərar qəbul edilib.

Məhkəmə baxışı mayın 18-ə təyin edilib.

Qeyd edək ki, Vüqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə ittiham olunur. Bu maddələr üzrə ona 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Vüqar Məmmədov ötən ilin oktyabrın 28-də saxlanılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Vüqar_Məmmədov#Hüriyyət_TV#Hüriyyət_qəzeti#baş_redaktor#cinayət_işi#məhkəmə_prosesi#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#hədə-qorxu_ilə_tələbetmə#Azərsun_holdinq#Veysəloğlu_MMC#Azərlotereya.

Oxşar Xəbərlər

Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldıKriminal

Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı

Klinikadan 5000 manat oğurlayan kassir saxlanılıb.

Bu gün
12:580
Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - VİDEOKriminal

Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

Bu gün
12:440
Bakıdakı kütləvi davanın iştirakçılarından biri SAXLANILDIKriminal

Bakıdakı kütləvi davanın iştirakçılarından biri SAXLANILDI

Bakıda baş vermiş kütləvi davanı törədən şəxslərdən biri saxlanılıb.

Bu gün
12:180
Konstitusiya Məhkəməsi: "Şübhəli şəxsə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ağlabatan vaxt bölgüsü müəyyənləşdirilməlidir"Kriminal

Konstitusiya Məhkəməsi: "Şübhəli şəxsə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ağlabatan vaxt bölgüsü müəyyənləşdirilməlidir"

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu gün
11:380