
"Kontakt" öz sektorunun bir nömrəli vergi ödəyicisi oldu - 40,1 MİLYON AZN
Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi "Kontakt" bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən bir nömrəli şirkət statusunu qazanıb.
Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi "Kontakt" bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən bir nömrəli şirkət statusunu qazanıb.
Müasir biznes mühitində uğur artıq təkcə satış və xidmət göstəriciləri ilə deyil, həm də şirkətin cəmiyyət qarşısındakı sosial məsuliyyətini necə yerinə yetirməsi ilə ölçülür. "Kontakt" da uzun illərdir fəaliyyətini şəffaflıq və bu məsuliyyət prinsipləri üzərində aparır. Ötən il üzrə 40.1 milyon manat vergi ödəyən şəbəkə ödənilən hər bir manat vergiyə ölkənin inkişafına, vətəndaşların ehtiyaclarına xərclənən bir sərmayə kimi yanaşır. Şəbəkənin öz sektorunda nömrə bir olması da məhz bu sosial məsuliyyətə dəstəyinin göstəricisidir. "Kontakt"ın siyahıda elektronika sektoru üzrə ilk sırada yer alması həm də şirkətin bazardakı güclü mövqeyini göstərən göstəricilərdən biridir.
Qeyd edək ki, şəbəkə 2025-ci ildə qeyri-neft sektoru üzrə ən çox vergi ödəyən şirkətlər siyahısında ilk 10-luqda yer alıb. Qeyd olunan rəqəmlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatlara əsaslanır.
Xatırladaq ki, hazırda "Kontakt" Azərbaycan üzrə 50-dən çox, Gürcüstanda altı mağaza, kontakt.az və kontakt.ge onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə Avropanın ən böyük elektronika ittifaqı olan "Euronics"in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"SİMA İmza" ilə vergi hesabatlarını pulsuz təqdim et
Aprel ayı vergi ödəyiciləri üçün strateji əhəmiyyət kəsb edən hesabatlılıq dövrüdür. İlin birinci rübü üzrə gəlir və mənfəət vergisi üzrə cari arayış, ƏDV, sadələşdirilmiş vergi, vahid bəyannamə üzrə hesabatlar və s. kimi bir çox elektron vergi əməliyyatları məhz bu ay həyata keçirilməlidir.
Digər"Baku Electronics"də möhtəşəm "Dəli-Dolu təkliflər" kampaniyası başlayır
Nağd alışa 60%-dək endirim, endirimli qiyməti 24 aya bölmə imkanı müştəriləri gözləyir!
DigərBelarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarus memarlıq və tikinti naziri Aleksandr Studnevlə görüşüb. Görüş zamanı nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə ATİA arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq
Digər"İrşad" 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
"İrşad" 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında yer alaraq "Top100" vergi ödəyicisi siyahısına daxil olub. Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha təsdiqləyib. 2025-ci ildə "İrşad" tərəfindən ödənilən vergi məbləği 10.6 milyon manat təşkil edib.