Son dəqiqə
"Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilibBəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə edilir - FAKTİKİ HAVAHorovluda torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR AÇIQLANDISabunçuda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ: Yaralının vəziyyəti ilə bağlı TƏBİB-dən açıqlama - VİDEOİsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuların yeraltı tunellərini məhv edib - VİDEOAzərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO
Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO
Cəmiyyət

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO

25 mart 2026
07:00
0 baxış
Paylaş:

Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.

Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.

Görəsən, sahibkarlar əmlaklarını sığortalamaqdan niyə bu qədər yayınırlar?

Məsələ ilə bağlı Gundem.today-a danışan sığorta eksperti Pərviz Quliyev bildirib ki, qanunvericilik icbari sığortadan istifadəni tələb edir.

P.Quliyev vurğulayıb ki, sözügedən məsələyə nəzarət mexanizmi zəifdir:

"Bundan başqa, əhali arasında məlumatlılıq səviyyəsi aşağıdır. Sığorta maarifləndirilməsi yüksək səviyyədə olmalıdır. Həmçinin sığorta şirkəti kommersiya qurumudur, qazanc əldə etməlidir. Şirkət sığorta edərkən qarşı tərəf barədə ciddi araşdırma aparmalıdır. Məsələn, təhlükəsizlik, yanğın riskləri və s. məsələlər nəzərə alınmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, sığorta şirkəti dəyəri böyük olan əmlakı sığortalayarkən onu təkrarsığortaya ötürür. Bu isə riskin bölüşdürülməsidir.

Təkrarsığortaya ötürüldükdə xarici şirkətlər standartlara baxır, uyğun olmadıqda qarşı tərəflə müqavilə bağlanmır. Bəzi şirkətlər var ki, onlar təkrarsığortaya ötürülsə də, həmin müəssisə sığortalanmır, çünki tələb olunan standartlara cavab vermirlər. Qeyd etdiyim kimi, ümumilikdə əhali arasında məlumatlılıq artırılmalıdır. Bundan sonra müəyyən nəticələri əldə etmək olar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə Gundem.today-a açıqlamasında vurğulayıb ki, ölkədə daşınmaz əmlakın sığortası məcburidir:

"2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Bir çox ticarət mərkəzlərində baş verən yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqların bir daha şahidi olduq. Ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, təhlükəsizliklə bağlı tələblərə əməl olunmur, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilir.

Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Hər bir sahibkar obyektinin normativlərə cavab verməsində və sığortalanmasında maraqlı olmalıdır. Sığortaya ödənilən məbləğ onlar üçün lüzumsuz xərc yox, faydalı yatırımdır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə edilir - FAKTİKİ HAVACəmiyyət

Bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə edilir - FAKTİKİ HAVA

Aprelin 27-si saat 18:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bu gün
18:260
Horovluda torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR AÇIQLANDICəmiyyət

Horovluda torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR AÇIQLANDI

Aprelin 27-dən başlayaraq Cəbrayıl rayonunun Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır.

Bu gün
18:240
Sabunçuda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ: Yaralının vəziyyəti ilə bağlı TƏBİB-dən açıqlama - VİDEOCəmiyyət

Sabunçuda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ: Yaralının vəziyyəti ilə bağlı TƏBİB-dən açıqlama - VİDEO

Aprelin 27-də, saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən 107 saylı avtobusun qəzaya uğraması səbəbilə çağırış qeydə alınıb.

Bu gün
18:200
Qafqaz Müsəlmanları İdarəsi Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yayıbCəmiyyət

Qafqaz Müsəlmanları İdarəsi Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yayıb

"Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı Eçmiədzin kilsəsinin 23 aprel tarixli bəyanatı düşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür".

Bu gün
18:100