Son dəqiqə
Ağcabədidə iki əmioğlu öldürüldü - Saxlanılan varBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş veribBMT rəsmisi: "WUF13-də əsas diqqət qlobal mənzil problemlərinə yönələcək"Qəbələdə Azərbaycan Prezidentinin Çexiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirilir - FOTOMilli Məclis ECO ilə olan sazişi təsdiqlədiŞabranda sel körpünü uçurub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI
Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI
Cəmiyyət

Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI

Bu gün
09:40
0 baxış
Paylaş:

Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyi (ADESA) məlumat yayıb.

Bildirilib ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyunda daha artıq su daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 apreldən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, 17 apreldən isə 700 kubmetr su buraxılması qərara alınıb.

Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su artıb, həmçinin yağıntı səbəbi ilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə alınıb.

"Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə agentliyin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunublar, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Ölkədə su ehtiyatından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 apreldə keçirilmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

24 apreldən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır, əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir", - məlumat qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Kür_çayı#Mingəçevir_su_anbarı#daşqın_təhlükəsi#su_səviyyəsi#intensiv_yağışlar#su_basma_faktları#Dövlət_Su_Ehtiyatları_Agentliyi#Xəzər_dənizi#su_ehtiyatlarının_idarə_olunması#ekologiya

Oxşar Xəbərlər

Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da varCəmiyyət

Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.

Bu gün
12:080
DİM sədrindən xarici dil fənni üzrə dinləməyə dair NARAZILIQLARA REAKSİYACəmiyyət

DİM sədrindən xarici dil fənni üzrə dinləməyə dair NARAZILIQLARA REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə xarici dil fənni üzrə dinləmə mərhələsində yaranan narazılıqlara aydınlıq gətirib.

Bu gün
12:000
Nizami Kino Mərkəzinin direktoru işdən çıxarıldıCəmiyyət

Nizami Kino Mərkəzinin direktoru işdən çıxarıldı

Nizami Kino Mərkəzinin direktoru işdən çıxarılıb.

Bu gün
11:520
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİCəmiyyət

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu gün
11:340