
Laçında 300 metr yüksəklikdə "gəzinti": Kanat yolu istifadəyə verilir - FOTO - VİDEO
Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti irimiqyaslı layihə icra olunur. Şəhər bulvarından başlayacaq yeni kanat yolunun cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu layihə həm logistik məqsədlər üçün əhəmiyyətli olacaq, həm də bölgənin sosial turizm infrastrukturuna böyük töhfə verəcək.
Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti irimiqyaslı layihə icra olunur. Şəhər bulvarından başlayacaq yeni kanat yolunun cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu layihə həm logistik məqsədlər üçün əhəmiyyətli olacaq, həm də bölgənin sosial turizm infrastrukturuna böyük töhfə verəcək.
Gundem.today İTV-yə istinadla xəbər verir ki, kanat yolunun girişi şəhərin bulvar hissəsində yerləşir. Texniki göstəriciləri ilə diqqət çəkən layihənin hündürlüyü 300 metr, xəttinin ümumi uzunluğu isə 1 720 metrdir.
Yeni kanat yolu saatda 800 sərnişinə xidmət göstərmək imkanına malikdir. Layihə çərçivəsində hər biri 10 nəfərlik olmaqla cəmi 17 kabinə nəzərdə tutulub. Sərnişinlər bulvarla yüksəklik arasındakı məsafəni cəmi 6 dəqiqəyə qət edəcəklər. Əsas məqamlardan biri odur ki, bəzi kabinələr velosiped və əlil arabaları üçün xüsusi olaraq uyğunlaşdırılacaq. Bu da kanat yolunun həm də inklüziv nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməsini təmin edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
TurizmViza üçün müraciət edənlərin DİQQƏTİNƏ - Rədd cavabları arta bilər
"Avropa ölkələrinə səyahət üçün qaydalar sərtləşir", "Şengen ölkələrinə giriş çətinləşəcək", "Viza almaqda problemlər yaranacaq"…
TurizmSəmada 34 il: AZAL yaranma tarixini qeyd edir
Aprelin 7-də Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cü ildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyənləşdirib. Bu əlamətdar tarix ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biridir.
TurizmAZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıblar
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb.
TurizmTurizm sektorunda real dəyişikliklər olacaq - FOTO
Azərbaycanda yaradılması planlaşdırılan Turizm İnkişaf Fondunun sektora təsiri, yeni infrastruktur və investisiya imkanları barədə mütəxəssis rəyləri.