Son dəqiqə
ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladıAMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTOSabunçu tunelindəki çökmə aradan qaldırılacaqMİQ imtahanlarının test mərhələsinin keçirilmə tarixi bəlli olduKeşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcəkSəfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO
Siyasət

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO

Bu gün
09:46
0 baxış
Paylaş:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.

Qeyd olunub ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.

Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.

Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.

Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Leyla_Əliyeva#Arzu_Əliyeva#Şəki#Yuxarı_Baş_qoruğu#tarixi_abidələrin_bərpası#Şəki_Tarix-Diyarşünaslıq_Muzeyi#şəbəkə_sənəti#turizm#mədəni_irs#ABAD_Keramika.

Oxşar Xəbərlər

Keşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcəkSiyasət

Keşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcək

Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evi təmir bərpa ediləcək və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək.

Bu gün
12:460
Səfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTOSiyasət

Səfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTO

"Naxçıvana dron hücumu hər iki ölkənin ekspertlər qrupu tərəfindən araşdırılır".

Bu gün
12:440
Azərbaycanda sel sularının fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin SİYAHISISiyasət

Azərbaycanda sel sularının fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin SİYAHISI

Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı açıqlanıb.

Bu gün
12:180
İlham Əliyev sel və daşqınlarla mübarizə üçün 85 milyon manat ayırdıSiyasət

İlham Əliyev sel və daşqınlarla mübarizə üçün 85 milyon manat ayırdı

Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Bu gün
12:090