
"Liverpul"un sabiq üzvü yaşıl meydanlara baş məşqçi kimi qayıdır - FOTO
İngiltərə milli komandasının sabiq üzvü Conco Şelvi peşəkar futbolçu karyerasına rəsmən yekun vurub.
İngiltərə milli komandasının sabiq üzvü Conco Şelvi peşəkar futbolçu karyerasına rəsmən yekun vurub.
Gundem.today xəbər verir ki, o, idman sahəsindəki yoluna bundan sonra məşqçi ampluasında davam edəcək.
Belə ki, 33 yaşlı veteran yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Falkons" klubuna baş məşqçi təyin edilib. Sözügedən komanda hazırda ölkənin II Divizionunda çıxış edir.
Xatırladaq ki, Conco Şelvi peşəkar karyerası ərzində "Liverpul" və "Nyukasl Yunayted" kimi dünyaşöhrətli klubların formasını geyinib. O, eyni zamanda, İngiltərə yığmasının heyətində 6 qarşılaşmada yaşıl meydanda mübarizə aparıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham? - VİDEO
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
İdmanQadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
İdmanPremyer Liqanın XXVIII turu: "Qarabağ" "Sabah"a qarşı
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
İdmanPremyer Liqanın XXVIII turu: "Qarabağ" lider "Sabah"a qarşı
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.