
"Liverpul"un ulduzu Uqo Ekitike dünya çempionatını buraxa bilər
"Liverpul" klubunun və Fransa yığmasının aparıcı simalarından olan Uqo Ekitike bu yay keçiriləcək dünya çempionatı ilə vidalaşmaq təhlükəsi ilə üz-üzə qalıb.
"Liverpul" klubunun və Fransa yığmasının aparıcı simalarından olan Uqo Ekitike bu yay keçiriləcək dünya çempionatı ilə vidalaşmaq təhlükəsi ilə üz-üzə qalıb.
Gundem.today xəbər verir ki, gənc istedad dünən Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən qarşılaşmada zədələnib.
"Liverpul"un baş məşqçisi Arne Slot oyundan sonra açıqlamasında vəziyyətin kifayət qədər qəliz olduğunu vurğulayaraq, fransalı hücumçunun nüfuzlu mundialda iştirakının sual altında qaldığını qeyd edib.
Hazırda ulduz futbolçunun səhhəti ilə bağlı yekun diaqnoz bəlli deyil. Lakin tibbi müayinələr zamanı axilles vətərində qopuq və ya yırtıq təsdiqlənərsə, hücumçu ən azı 9 ay ərzində yaşıl meydanlara həsrət qalacaq.
Xatırladaq ki, cari mövsüm "Ayntraxt Frankfurt"dan "Liverpul"un sıralarına qoşulan Ekitike indiyədək 45 qarşılaşmada forma geyinərək rəqib qapılarından 17 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Bavariya" PSJ ilə matça baş məşqçisiz çıxacaq
"Bavariya" klubunun baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında cəza ilə üzləşib.
İdmanNəriman Axundzadədən "Kolambus Kryu"da uğurlu debüt: İlk qolun açar ötürməsini etdi - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun əsas heyətində ilk rəsmi matçına çıxıb.
İdmanNəriman Axundzadədən "Kolambus Kryu"da uğurlu çıxış: İlk qolun açar ötürməsini etdi - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun matçında ilk dəfə start heyətdə meydana çıxıb.
İdmanUEFA Avropa Liqasında ölüm-dirim gecəsi: Dörd yarımfinalçı bəlli olur
Bu axşam UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son oyunları keçiriləcək.