
Malidə 80-dən çox silahlı məhv edilib
Malinin silahlı qüvvələri ölkənin müxtəlif bölgələrində ordu mövqelərinə edilən hücumlarda iştirak edən azı 80 silahlını zərərsizləşdirib.
Malinin silahlı qüvvələri ölkənin müxtəlif bölgələrində ordu mövqelərinə edilən hücumlarda iştirak edən azı 80 silahlını zərərsizləşdirib.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun nümayəndəsi Süleyman Dembedle milli televiziyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı qarşı tərəf ciddi itkilər verib. Hücumlar dəf edilib və ölkədə vəziyyət tam nəzarət altındadır.
Məlumata görə, hücumlar aprelin 25-i səhər saatlarında "Cəmaat Nusrat əl-İslam vəl-Müslimin" və "Azavadın Azadlığı Uğrunda Cəbhə" qruplaşmaları tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib. Silahlılar paytaxt Bamako da daxil olmaqla bir sıra şəhərlərdə ordu mövqelərini artilleriya atəşinə tutublar.
Hücumlar zamanı ağır silahlar, pilotsuz uçuş aparatları və minalanmış avtomobillərdən istifadə olunub. Onların bir hissəsi təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
Malidə bir neçə bölgədə hərbi obyektlərə təşkil olunan hücumlarda "Cəmaat Nusrat əl-İslam vəl-Müslimin" radikal qruplaşmasının döyüşçüləri iştirak ediblər.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin təhlükəsizlik qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, radikallar "Azavadın Azadlığı Uğrunda Cəbhə"nin tuareq üsyançıları ilə koordinasiyalı şəkildə fəaliyyət göstəriblər. Qruplaşma ölkənin cənub və mərkəz hissələrində, o cümlədən paytaxt Bamako ətrafında hücumlar həyata keçirib, tuareq silahlıları isə şimal və şərqdə ordu mövqelərini hədəf alıblar.
Hücum zamanı Bamako yaxınlığındakı Kati hərbi bazası ətrafında atışma baş verib, nəticədə müdafiə nazirinin evi də zərər görüb. Agentliyin məlumatına görə, bu, son illərdə ölkədə baş verən ən böyük hücumlardan biri sayılır.
Malinin Silahlı Qüvvələrinin Baş Qərargahı isə vəziyyətin nəzarət altında olduğunu və hücumların dəf edildiyini açıqlayıb.
Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə şahidlərin sözlərinə əsaslanaraq "Reuters" agentliyi məlumat paylaşıb.
Məlumata əsasən, hərbi bazaya gedən yollar təhlükəsizlik qüvvələri tərəfindən bloklanıb. Ölkə başçısı Assimi Qoytanın və digər yüksəkvəzifəli şəxslərin iqamətgahlarının mövcud olduğu Katidəki insidentin təfərrüatı hələ aydınlaşmayıb.
RFI radiokanalının yaydığı məlumata görə, silah səsləri ölkənin başqa bölgələrində də eşidilib. Hadisələr xüsusilə radikal qruplaşmaların aktiv olduğu şimaldakı Kidal və Qoa şəhərləri ilə yanaşı, mərkəzdəki Sevare bölgəsində də müşahidə edilib.
Atışmaların səbəbləri və ehtimal olunan itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Malidə 2020-ci ilin yay aylarından etibarən iki dəfə hərbi çevriliş yaşanıb. 2021-ci ilin mayında ölkənin Konstitusiya Məhkəməsinin qərarına əsasən, polkovnik Qoyta keçid dövrü üçün dövlət başçısı postuna təyin olunub. Parlament səlahiyyətlərini icra edən Mali Milli Keçid Şurası isə Qoytanın ən azı 2030-cu ilədək ölkəyə rəhbərlik etməsini və gələcəkdə yenidən seçilmək hüququnu təsdiqləyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFransa silahlanmanı sürətləndirir - Hərbi istehsal artırılır
Fransanın Hərbi Hava-Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Jerom Bellanje ölkədə hərbi texnika istehsalının artırılmasının zəruri olduğunu bildirib.
DünyaBəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ
Bu gün Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 40 il ötür.
DünyaƏraqçi: "İran ABŞ-nin dialoqa hazır olduğuna əmin deyil"
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran hələlik ABŞ-nin münaqişənin həlli üçün tam şəkildə diplomatik metodlara keçməyə hazır olduğuna əmin deyil.
DünyaTramp: "ABŞ İrandan yeni təklif alıb"
Donald Tramp bildirib ki, danışıqlar aparan nümayəndə heyətinin Pakistana səfəri ləğv edildikdən sonra ABŞ İrandan yeni təklif alıb.