
Maraqlı konsepsiya: Qədim keçəçilik ənənəsinin yeni hekayəsi
Bakı Abadlıq Xidmətinin 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təqdim etdiyi stendin konsepti böyük maraqla qarşılanıb.
Bakı Abadlıq Xidmətinin 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təqdim etdiyi stendin konsepti böyük maraqla qarşılanıb.
"Zerti" Aqro-Sənaye Parkına aid guşədə tarixi 8-10 min il əvvələ gedib çıxan keçəçilik sənətinin təsərrüfatda, istehsalatda, incəsənətdə və məişətdə tətbiqinin geniş spektri nümayiş olunur.
Məlumdur ki, türk etnosunun yaşadığ geniş ərazilərdə keçəçilik həyatın ayrılmaz hissəsi olub. Azərbaycanda bu sənət xüsusilə Laçın və Kəlbəcərdə geniş yayılıb. Laçın şəhərini bərpa edən Bakı Abadlıq Xidmətinin 2023-cü ildə yaratdığı "Zerti" Aqro-Sənaye Parkındakı seleksiya mərkəzi bu sahənin inkişafı üçün də zəmin yaradır. Yüksəkkeyfiyyətli keçənin istehsalı üçün gərəkli xammalı almaq məqsədilə xaricdən gətirilən yunluq merinos qoyunları, koridayl (сorriedale) cinsi, həmçinin kaşmir və anqor keçilərin seleksiyası həmin mərkəzdə aparılır. Əl əməyini asanlaşdıran müasir avadanlıqlar və sənət nümunələri - ayaqqabılar, şallar, panolar sərgidə xüsusi yer alıb. Ən maraqlı nümunələrdən biri isə keçədən hazırlanmış mulça örtüyüdür. Bu örtük bitkiçiliyin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yay mövsümündə suvarma ehtiyacını azaldır, torpağı eroziyadan qoruyur, alaq otlarının qarşısını alır, 100 faiz ekoloji məhsuldur. Və ən əsası, bu faydalı məhsulun istehsalına istənilən yerli cinsin keyfiyyətli yunu yararlıdır.
Keçəçilik "Kitabi Dədə Qorqud"dan gələn tarixi yaddaşımıza bağlı sənətdir. Texnoloji baxımdan istehsalı mürəkkəb olmayan bu sahənin faydaları olduqca çoxdur.
Heyvandarlığın inkişaf etdiyi bölgələrdə keçəçiliyin dirçəldilməsi məşğulluq baxımından yeni imkanlar yaradır, eyni zamanda məhsul eksport potensialına malikdir. Əcdadlarımız keçədən istiliyi saxlayan, soyuğa və yağışa davamlı alaçıqlar və çadırlar qurardılar. Keçə o qədər möhkəm material olub ki, qədim dövrlərdə zireh altlığı kimi də istifadə edilib. Bundan əlavə, keçədən bolluq və bərəkət rəmzi hesab olunan qoruyucu aksesuarlar hazırlanıb. Bu gün isə ənənəvi keçə sənəti dizayn və moda sahəsində yenidən trendə çevrilərək populyarlıq qazanır.
Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi mayın 8-dək davam edəcək. Bakı Abadlıq Xidmətinin stendində Laçında istehsal olunan orqanik qida və fabrik məhsulları ilə də tanış ola bilərsiniz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərZiyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.
Digər"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri - "GITEX AI 2026"da iştirak edib.
DigərKeçəçiliyin ixrac potensialı
Mütəxəssislərin rəyincə, yararsız tullantı hesab olunan tonlarla yunun mulça örtüyü kimi təbii gübrə istehsalına yönəldilməsi diqqətəlayiq fikirdir.
Digər"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər
Azərbaycanın aparıcı İT şirkətlərindən olan "ULTRA Technologies" və Ukraynanın konsaltinq şirkəti "Intellica Consulting" data əsaslı həllər və intellektual texnologiyalar sahəsində əməkdaşlığın inkişafını hədəfləyən Strateji Tərəfdaşlıq Memorandumunun imzalandığını elan ediblər.