Son dəqiqə
ABŞ-də federal işçi Trampı hədələməkdə ittiham olunurAtasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi - FOTOVüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTORusiyada qaz sızması: Müəllim və 14 şagird zəhərləndilərDövlət Xidmətlərinin Elektron Reyestrinin əsasnaməsi təsdiq edilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Keçəçiliyin ixrac potensialı
Keçəçiliyin ixrac potensialı
Digər

Keçəçiliyin ixrac potensialı

Bu gün
14:04
0 baxış
Paylaş:

Mütəxəssislərin rəyincə, yararsız tullantı hesab olunan tonlarla yunun mulça örtüyü kimi təbii gübrə istehsalına yönəldilməsi diqqətəlayiq fikirdir.

Mütəxəssislərin rəyincə, yararsız tullantı hesab olunan tonlarla yunun mulça örtüyü kimi təbii gübrə istehsalına yönəldilməsi diqqətəlayiq fikirdir.

Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgilərində iştirak edən Bakı Abadlıq Xidmətinin təklif etdiyi yeni konsept maraqla qarşılanıb.

İşğaldan azad olunmuş bölgələrin kənd təsərrüfatına ayrılan guşədə şirkətin Laçında yaratdığı "Zerti" Aqro-Sənaye Parkı öz müəssisələri ilə təmsil olunub. Stendin əsas ideyası 8-10 min il əvvələ gedib çıxan keçəçilik sənətinin təsərrüfatda, istehsalatda, incəsənətdə və məişətdə tətbiqinin geniş spektrı üzərində qurulub.

Məlumdur ki, türk etnosunun yaşadığı geniş ərazilərdə keçəçilik həyatın ayrılmaz hissəsi olub. Azərbaycanda bu sənət xüsusilə Laçın və Kəlbəcərdə geniş yayılıb. Laçın şəhərini bərpa edən Bakı Abadlıq Xidmətinin 2023-cü ildə "Zerti" Aqro-Sənaye Parkında açdığı seleksiya mərkəzi bu sahənin inkişafı üçün zəmin yaradır. Yüksəkkeyfiyyətli keçənin istehsalında istifadə olunan xammal xaricdən gətirilmiş merinos və koridayl (corriedale) cinsli qoyunların, həmçinin kaşmir və anqor keçilərinin yunundan əldə olunur. Sərgidə əl əməyini asanlaşdıran müasir avadanlıqlar və keçədən hazırlanmış nümunələr - ayaqqabılar, şallar, panolar xüsusi yer alıb.

Bakı Abadlıq Xidmətinin təqdim etdiyi və mütəxəssislərin ən çox marağını çəkən məhsul isə keçədən hazırlanmış mulça örtüyüdür. Bu örtük bitkiçiliyin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yay mövsümündə suvarma ehtiyacını azaldır, torpağı eroziyadan qoruyur, alaq otlarının qarşısını alır, 100 faiz ekoloji məhsuldur. Mütəxəssislərin rəyincə, yararsız tullantı hesab olunan tonlarla yunun mulça örtüyü kimi təbii gübrə istehsalına yönəldilməsi diqqətəlayiq fikirdir.

Texnoloji cəhətdən istehsalı mürəkkəb olmayan bu sahənin faydaları çoxdur. Heyvandarlığın inkişaf etdiyi bölgələrdə keçəçiliyin dirçəldilməsi məşğulluq baxımından yeni imkanlar yaradır, eyni zamanda məhsul eksport potensialına malikdir.

Keçəçilik "Kitabi Dədə Qorqud"dan gələn tarixi yaddaşımıza bağlı sənətdir. Əcdadlarımız keçədən istiliyi saxlayan, soyuğa və yağışa davamlı alaçıqlar və çadırlar qurardılar. Keçə o qədər möhkəm material olub ki, qədim dövrlərdə zireh altlığı kimi də istifadə edilib. Bundan əlavə, keçədən bolluq və bərəkət rəmzi hesab olunan qoruyucu aksesuarlar hazırlanıb. Bu gün isə ənənəvi keçə sənəti dizayn və moda sahəsində yenidən trendə çevrilərək populyarlıq qazanır.

Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi mayın 8-dək davam edəcək. Bakı Abadlıq Xidmətinin stendində Laçında istehsal olunan orqanik qida və fabrik məhsulları ilə də tanış ola bilərsiniz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Zerti_Aqro-Sənaye_Parkı#Bakı_Abadlıq_Xidməti#Kənd_Təsərrüfatı_Nazirliyi#Caspian_Agro#InterFood_Azerbaijan

Oxşar Xəbərlər

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olunduDigər

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.

Bu gün
15:000
"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrindəDigər

"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri - "GITEX AI 2026"da iştirak edib.

Bu gün
14:540
Maraqlı konsepsiya: Qədim keçəçilik ənənəsinin yeni hekayəsiDigər

Maraqlı konsepsiya: Qədim keçəçilik ənənəsinin yeni hekayəsi

Bakı Abadlıq Xidmətinin 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təqdim etdiyi stendin konsepti böyük maraqla qarşılanıb.

Bu gün
14:040
"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilərDigər

"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər

Azərbaycanın aparıcı İT şirkətlərindən olan "ULTRA Technologies" və Ukraynanın konsaltinq şirkəti "Intellica Consulting" data əsaslı həllər və intellektual texnologiyalar sahəsində əməkdaşlığın inkişafını hədəfləyən Strateji Tərəfdaşlıq Memorandumunun imzalandığını elan ediblər.

Bu gün
13:020