Son dəqiqə
ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladıAMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTOSabunçu tunelindəki çökmə aradan qaldırılacaqMİQ imtahanlarının test mərhələsinin keçirilmə tarixi bəlli olduKeşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcəkSəfir: "Naxçıvana dron hücumu ekspertlər qrupu tərəfindən araşdırılır" - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Marko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladı
Marko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladı
Dünya

Marko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladı

Bu gün
09:44
0 baxış
Paylaş:

ABŞ-nin dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçı ilə heç vaxt əlaqə saxlamadığını bəyan edib.

ABŞ-nin dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçı ilə heç vaxt əlaqə saxlamadığını bəyan edib.

Gundem.today xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

"Mən heç vaxt İranın xarici işlər naziri ilə danışmamışam. İranlı diplomat ABŞ nümayəndələri ilə nadir hallarda ünsiyyət qurub. Təmaslar əsasən dolayı yolla baş tutur. Son bir neçə həftə ərzində İslamabadda keçirilən görüşlərlə əlaqədar bəzi birbaşa təmaslar olub.

Xatırlayın, İran tərəfi uzun müddət bizimlə birbaşa danışıqlara qadağa qoymuşdu. Onlarla birbaşa təmaslar nadir hallarda baş verir, çox məxfi xarakter daşıyır, yalnız bir və ya iki nəfər vasitəsilə həyata keçirilir", - deyə dövlət katibi bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Marko_Rubio#Abbas_Əraqçı#ABŞ_dövlət_katibi#İranın_xarici_işlər_naziri#ABŞ_İran_münasibətləri#diplomatik_təmaslar#məxfi_danışıqlar#ABŞ_siyasəti.

Oxşar Xəbərlər

ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladıDünya

ABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladı

ABŞ-nin İrana zərbələri nəticəsində sözügedən ölkəyə dəyən maddi ziyanın məbləği açıqlanıb.

Bu gün
12:560
Nyu-Yorkda "uçan taksi"lərin sınaqları başladıDünya

Nyu-Yorkda "uçan taksi"lərin sınaqları başladı

Nyu-Yorkda Manhetten rayonu ilə aeroport arasında hava taksilərinin ilk sınaq uçuşu reallaşıb.

Bu gün
12:160
Regional vasitəçilər ABŞ və İranı onlayn dialoqa çağırırlarDünya

Regional vasitəçilər ABŞ və İranı onlayn dialoqa çağırırlar

Bölgədəki vasitəçilər Tehranla Vaşinqton arasındakı fikir ayrılıqlarını tədricən azaltmaq məqsədilə müzakirələrin məsafədən aparılmasını məsləhət görüblər.

Bu gün
11:520
Qızıl və gümüş ucuzlaşdıDünya

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də iyun ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 650 dollardan az olub.

Bu gün
11:120