
Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib.
Gundem.today-ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakini 2017-ci il təvəllüdlü R.Abbasovu vurub.
R.Abbasovun atası Asim Abbasov Gundem.today-a bildirib ki, hadisə nəticəsində azyaşlı aldığı xəsarətlərdən komatoz vəziyyətə düşüb:
"Hadisə ötən il oktyabrın 10-da baş verib. Videogörüntülərdən də hadisənin sürücünün qayda pozuntusu törətməsi nəticəsində baş verdiyi görünür. Qəzanın görüntüləri mövcuddur. Hadisədən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın gedişi məni ciddi narahat edir. Faktla bağlı cinayət işi başlanılmayıb".
A.Abbasov bildirir ki, oğlu hazırda iflic vəziyyətdədir:
"Hazırda övladım birtərəfli iflic vəziyyətindədir, uzunmüddətli müalicə və reabilitasiya tələb edir. Maddi və mənəvi vəziyyətimiz çox ağırdır.
Hadisəni törədən Elçin Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsüdür. Övladımın müalicəsinə görə 15 min manat borcum yaranıb, amma buna baxmayaraq, övladımın vəziyyəti ağır olaraq qalır".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru, mayor Aslan Qiyaslı Gundem.today-a bildirib ki, ötən ilin oktyabrın 23-də Yevlax şəhəri ərazisində sürücü Elçin Heydərovun idarə etdiyi "Land Rover" markalı avtomobilin velosipedlə hərəkət edən 9 yaşlı R.Abbasovu vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Hadisə nəticəsində azyaşlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzaya hüquqi qiymət verilməsi məqsədilə təyin edilmiş avtotexniki ekspertizanın yekun rəyi zərərçəkmiş tərəfi narazı saldığından, 18 mart 2026-cı il tarixdə iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunub. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı hazırda Yevlax Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəXəzərdə 5.3 bal gücündə zəlzələ oldu - FOTO
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
HadisəTaleh Bağırzadənin oğlu 17 yaşlı qızın burnunu sındırıb
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.
HadisəGürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı
Gürcüstanda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 35 yaşlı Azərbaycan vətəndaşı N.A. saxlanılıb.
Hadisəİşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb.