
Masallıda iki avtomobil toqquşdu: Bir nəfər həyatını itirdi
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today xəbər verir ki, hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.
Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətHəftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Həftəsonu 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.
CəmiyyətCəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor müavini təyin edilib - FOTO
Piri Axundov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
CəmiyyətAli Məhkəmədən xüsusi statusla təkrar mənzil tələbi ilə bağlı MÜHÜM QƏRAR
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
CəmiyyətAzər Məmmədov özünə yeni müavin təyin etdi - FOTO
"Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov özünə yeni müavin təyin edib.