Son dəqiqə
Yaponiya Şimali Koreyaya etirazını bildirdiValideynlər üçün fürsət, uşaqlar üçün təhlükə? - "WhatsApp"dan qalmaqallı YENİ FUNKSİYAAvropa çempionatı: Zelim Kotsoyev turnirə qələbə ilə başladıMessi dubl etdi, komandası qalib gəldi - VİDEOİran ABŞ ilə sülh razılaşması üçün əsas şərtini açıqladıAvropa çempionatının son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? - VİDEO
Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? - VİDEO
Cəmiyyət

Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? - VİDEO

Bu gün
08:00
0 baxış
Paylaş:

Çin istehsalı olan avtomobillər Azərbaycan bazarına sürətlə daxil olsa da, son günlər bu nəqliyyat vasitələrinin satışında azalma müşahidə olunur. Hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri müddətinin başa çatması bu maşınlara olan marağı zəiflədib.

Çin istehsalı olan avtomobillər Azərbaycan bazarına sürətlə daxil olsa da, son günlər bu nəqliyyat vasitələrinin satışında azalma müşahidə olunur. Hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri müddətinin başa çatması bu maşınlara olan marağı zəiflədib.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Nəqliyyat üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, vətəndaşlar güzəştlərdən yararlanaraq 2026-cı ilə qədər həddindən artıq avtomobil idxal etdikləri üçün hazırda bazarda durğunluq yaranıb. Bu vəziyyət qiymətlərə də birbaşa təsir göstərib:

"Satışa çıxarılan həmin avtomobillər artıq bazarda çoxluq təşkil edir. Bu avtomobillərə marağın azalması qiymətlərin aşağı düşməsinə gətirib çıxardı. İnvestorlar əvvəlki dövrlərdə yatırdıqları vəsaiti və qazancı 10-15 gün ərzində əldə edə bilirdilər. Lakin yanvar ayından sonra satışların və tələbin azalması investorlarda narahatlıq yaradıb. Bu səbəbdən onlar avtomobilləri mənfəətsiz sataraq vəsaitlərini geri çəkməyə üstünlük verirlər. Nəticədə, qiymətlərdə ötən ilə nisbətən ucuzlaşma müşahidə olunur".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral ayları ərzində Çindən Azərbaycana 431 ədəd hibrid, 4 565 ədəd "plug-in" hibrid avtomobili daxil olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə Çindən ölkəyə 993 ədəd hibrid və 4 329 ədəd "plug-in" hibrid avtomobili gətirilmişdi. Rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalında 2.3 dəfə azalma, "plug-in" hibridlərin idxalında isə 5.5% artım qeydə alınıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Avtomobil_bazarı#Çin_istehsalı_avtomobillər#Dövlət_Statistika_Komitəsi

Oxşar Xəbərlər

Valideynlər üçün fürsət, uşaqlar üçün təhlükə? - "WhatsApp"dan qalmaqallı YENİ FUNKSİYACəmiyyət

Valideynlər üçün fürsət, uşaqlar üçün təhlükə? - "WhatsApp"dan qalmaqallı YENİ FUNKSİYA

"WhatsApp" uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir. Hətta məxfilik parametrlərini görə, naməlum nömrələrdən gələn mesaj sorğularını bloklaya bilər. Uşaq isə bu parametrləri dəyişə bilməz, bunun üçün PIN-kod tələb olunur. Bu funksiya təhlükəsizlik baxımından faydalıdır, lakin va

Bu gün
10:240
Füzulidə ağır QƏZA: Ölənlər və yaralananlar varCəmiyyət

Füzulidə ağır QƏZA: Ölənlər və yaralananlar var

Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
09:420
Bu gün 37 mindən çox şəxs imtahan verirCəmiyyət

Bu gün 37 mindən çox şəxs imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.

Bu gün
09:120
Valideynə də aliment ödənilə bilər - Qanun nə deyir? - VİDEOCəmiyyət

Valideynə də aliment ödənilə bilər - Qanun nə deyir? - VİDEO

Azərbaycanda aliment öhdəliyi yalnız ər və arvad arasında deyil, eyni zamanda, valideyn-övlad münasibətində də tətbiq olunur.

Bu gün
05:000