
Yaponiya Şimali Koreyaya etirazını bildirdi
Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.
Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.
Gundem.today xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"KXDR-nin davam edən ballistik raket buraxılışları da daxil olmaqla hərəkətləri ölkəmizin, regionun və beynəlxalq ictimaiyyətin sülhü və təhlükəsizliyi üçün təhlükə yaradır. Ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və əhalinin təhlükəsizliyi baxımından ciddi problem yaradır", - deyə məlumatda bildirilir.
Daha əvvəl verilən məlumata görə, KXDR şərq istiqamətində müəyyən edilməmiş tipli ballistik raket buraxılışı həyata keçirib.
Buraxılış aprelin 19-da səhər saatlarında Sinpo ərazisində qeydə alınıb. Bu, KXDR-nin ilin əvvəlindən bəri yeddinci ballistik raket buraxılışıdır.
"Kyodo" agentliyinin məlumatına görə, raket təxminən 10 dəqiqə uçub və Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Hadisə nəticəsində zərər qeydə alınmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampın "TikTok"da "Qafqaz" mahnısının sədaları altında yeni videosu yayımlanıb - VİDEO
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə videoçarx yayımlayıb və həmin videonun musiqi müşayiəti kimi "Qafqaz" kompozisiyası seçilib.
DünyaLyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı - Ankara izahat tələb etdi
Avropa Komissiyası (AK) qurumun sədri Ursula fon der Lyayenin Türkiyə haqqında etdiyi mübahisəli çıxışına görə vəziyyətdən çıxış yolu axtarır.
DünyaABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib
Tehran minlərlə raket, pilotsuz aparatlar, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin əsas hissəsi daxil olmaqla əsas hərbi imkanlarını qoruya bilib.
DünyaAvropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edib
Avropanın ən böyük aviadaşıyıcısı olan Almaniyanın "Lufthansa" şirkəti yanacaq çatışmazlığı ucbatından 20 minə qədər uçuşu ləğv edəcək.