Son dəqiqə
Spirtli içkinin ağrılı yan təsiri - Həkim xəbərdarlıq etdiKİV: "Meta" təxminən 8000 əməkdaşı ixtisar edəcəkTürkiyədə "ruhlar kəndi" turistlərin ziyarətinə açılacaq - FOTOHəkim xərçəng xəstəliyindən "sığortalanmış" insan qrupunu açıqladıValideynə də aliment ödənilə bilər - Qanun nə deyir? - VİDEOKonor Makqreqor növbəti döyüşünün vaxtını açıqlayıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Valideynə də aliment ödənilə bilər - Qanun nə deyir? - VİDEO
Valideynə də aliment ödənilə bilər - Qanun nə deyir? - VİDEO
Cəmiyyət

Valideynə də aliment ödənilə bilər - Qanun nə deyir? - VİDEO

Bu gün
05:00
0 baxış
Paylaş:

Azərbaycanda aliment öhdəliyi yalnız ər və arvad arasında deyil, eyni zamanda, valideyn-övlad münasibətində də tətbiq olunur.

Azərbaycanda aliment öhdəliyi yalnız ər və arvad arasında deyil, eyni zamanda, valideyn-övlad münasibətində də tətbiq olunur.

Gundem.today-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu övladın bəzi hallarda valideynə aliment ödəmə öhdəliyi ilə bağlıdır.

Hansı hallarda övlad valideyninə aliment ödəməlidir?

Ailə Məcəlləsinin 82-ci maddəsində qeyd olunur ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

Əgər övlad könüllü şəkildə kömək etmirsə, valideyn məhkəməyə müraciət edə və məhkəmə övladın aliment ödəməsinə qərar verə bilər.

Həmçinin övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almaqda haqlıdır.

Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#aliment#valideyn_və_övlad#Ailə_Məcəlləsi#məhkəmə_qərarı#maddi_yardım#hüquqi_öhdəlik#qanunvericilik#valideynlik_hüququ#qanun_nə_deyir.

Oxşar Xəbərlər

Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR: Fırıldaqçılıqla qarşılaşmamaq üçün nələrə DİQQƏT ETMƏLİYİK? - VİDEOCəmiyyət

Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR: Fırıldaqçılıqla qarşılaşmamaq üçün nələrə DİQQƏT ETMƏLİYİK? - VİDEO

Son zamanlar vətəndaşlara karqo şirkətlərinin və ya "Azərpoçt"un adından intensiv şəkildə saxta mesajlar göndərilir. "Bağlamanızı çatdırmağa çalışdıq, lakin uğursuz oldu", "Bağlamanız gözləmədədir" kimi çağırışlarla istifadəçilər naməlum linklərə yönləndirilirlər. Həmin linklərə daxil olduqda isə vətəndaşların bütün fərdi məlumatları ələ keçirilir.

Bu gün
03:000
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadırCəmiyyət

Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır

Yağışlı günlərdə sosial şəbəkələrdə paylaşılan kadrlarda su basmış yollarda aciz qalan, hərəkətsiz dayanan elektrikli avtomobillər xüsusi diqqət çəkdi. Bəs müasir texnologiyanın gələcəyi sayılan bu avtomobillər paytaxtın "yağış sınağı"ndan necə çıxdılar?

Bu gün
01:320
"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEOCəmiyyət

"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist İlhamiyyə Rza olub.

Bu gün
01:000
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEOCəmiyyət

"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEO

Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.

Bu gün
21:520