
Matviyenko: "AZAL təyyarəsi ilə bağlı məsələnin həlli Rusiya-Azərbaycan əlaqələri üçün yeni imkanlar yaradır"
"Rusiya və Azərbaycan arasında AZAL təyyarəsinin vurulması ilə bağlı insidentin həlli hər iki dövlətin ikitərəfli əlaqələrinin daha da genişləndirilməsinə yeni yollar açır".
"Rusiya və Azərbaycan arasında AZAL təyyarəsinin vurulması ilə bağlı insidentin həlli hər iki dövlətin ikitərəfli əlaqələrinin daha da genişləndirilməsinə yeni yollar açır".
Gundem.today TASS-a istinadla məlumat verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İstanbul şəhərində Parlamentlərarası İttifaqın assambleyası zamanı Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə keçirilən görüşdə səsləndirib.
"Artıq bu mərhələni geridə qoyduq. Bu isə qarşılıqlı maraqlara əsaslanan Rusiya-Azərbaycan əlaqələrinin heç bir maneə olmadan irəliləməsi üçün yeni perspektivlər yaradır", - deyə Federasiya Şurasının sədri qeyd edib.
V.Matviyenko, həmçinin əlavə edib ki, iki ölkə arasındakı münasibətlər müxtəlif istiqamətlərdə inkişaf etməkdədir və qarşılıqlı səmərəli tərəfdaşlıq üçün olduqca zəngin potensiala sahibdir.
S.Qafarova isə öz növbəsində vurğulayıb ki, Azərbaycanla Rusiya arasındakı əlaqələr hər zaman yüksək dostluq xarakteri daşıyıb və gələcəkdə də belə davam edəcək. O, münasibətlərin hazırkı inkişaf səviyyəsinin məmnunluq doğurduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya hava məkanında hava hücumundan müdafiə sistemlərinin atəş açması nəticəsində qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Moskva və Bakı arasında kompensasiya ödənişini də ehtiva edən razılaşma əldə olunub. Bu məlumat Rusiya və Azərbaycanın Xarici İşlər nazirliklərinin yaydığı müştərək bəyanatda əksini tapıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi açıqlanıb - FOTO
"Ötən il Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi 5.4 milyon tondan artıq olub".
Siyasətİlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.
SiyasətHoradiz-Ağbənd dəmir yolu xəttinin tikintisi nə vaxt tamamlanacaq?
"Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır".
SiyasətAzərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib - FOTO
"2025-ci ilin yekunlarına görə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 837 milyon ABŞ dollarını keçib".